Xəbər lenti

 
“Oktyabrın 6-da Azərbaycan ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin XİN başçılarının bəyanatına əsasən həyata keçirilən nisbi sakitlikdən istifadə edərək, yenidən toparlanıb cəbhənin şimal və cənub istiqamətindən hücuma keçib”.
 
Ovqat.com xəbər verir ki, Ermənistan ordusunun Dağlıq Qarabağdakı hərbi birləşmələrinin komandanlığı bu bəyanatla çıxış edib.
 
Bəyanatda bildirilir ki, “müdafiə ordusu”nun (yəni özlərinin – Ovqat.com) bölmələri də öz taktiki mövqelərini xeyli yaxşılaşdıra bilib.
 
Azərbaycan ordusunun bu hərəkətlərinin İran İslam Respublikasının ərazisi üçün də təhlükəli olduğu vurğulanan bəyanatda əsgərlərimizin bu gecə ərzində Dağlıq Qarabağın cənub-şərq istiqamətində irəliləməyə cəhd göstərdiyi və “müdafiə ordusu”nun isə istənilən vəziyyətə hazır olduğu bildirilir.


Ana səhifəyə qayıt        Baxış: 4 896          Tarix: 7-10-2020, 10:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma