Xəbər lenti

 
 
"Son illərdə iki dəfə - 2016-cı ilin aprelində və indi – Azərbaycanın pilotsuz təyyarələrdən aktiv istifadəsi ilə qarşılaşdıq. Mütəxəssislərimiz bütün bunlardan çox şey öyrənməli olacaqlar”. 
 
Ovqat.com xəbər verir ki, Ermənistanın keçmiş hərbi komissarı, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini general-mayor Levon Stepanyan belə deyib.
 
Onun fikrincə, xüsusilə son döyüşlərin təhlili erməniləri yeni kadr hazırlığı baxımından bir çox şeyi yenidən nəzərdən keçirməyə məcbur etməlidir: 
 
“20-30 il əvvəl hərbçilər önümüzdəki zamanlarda zirehli texnika və təyyarələrin döyüş sahəsindəki hər şeyə qərar verəcəyinə qətiyyətlə inanırdılar. Buna görə 80-ci illərdə zirehli texnika fəal şəkildə inkişaf etdirildi və təkmilləşdirildi. Ancaq indi güclü tank əleyhinə silahlar və silahlı pilotsuz təyyarələr zirehli texnikaları asanlıqla sıradan çıxara bilir”.
 
Levon Stepanyanın fikrincə, ermənilər də yeni texnoloji silahlara yönəlməli və hər şeydən əvvəl bu sistemlərlə işləyə biləcək mütəxəssislərin yetişdirilməlidirlər.
 
Amma artıq gecdir.
 


Ana səhifəyə qayıt        Baxış: 5 994          Tarix: 11-10-2020, 01:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma