Xəbər lenti
 
 

“Qarabağ münaqişəsi zonasında Azərbaycan ordusu müxtəlif istiqamətlərdə hücum hərəkatına başlayıb”.
 
 
Ovqat.com xəbər verir ki, bu barədə “DQR” “prezidenti”nin mətbuat Katibi Vəhram Poqosyan öz Facebook səhifəsində bildirib.
 
"Müdafiə Ordusu hücumların qarşısını almaq üçün lazımi addımlar atır",- Poqosyan belə yazır.
 
Qeyd edək ki, Poqosyan bundan əvvəl Azərbaycan Silahlı Qüvvələrinin ciddi cəhdlə Hadrut şəhərini nəzarətə götürməyə çalışdığını bildirmişdi.
 
Azərbaycan Müdafiə Nazirliyi bu məlumatı yalanlayıb və ordumuzun atəşkəs rejiminə əməl etdiyini bildirib.

Ermənistan tərəfinin guya Azərbaycan Ordusunun Hadruta daxil olmaq məqsədilə bu istiqamətdə xeyli sayda qüvvə cəmləşdirməsi və gərgin döyüşlərin getməsi barədə yaydığı məlumat açıq-aydın dezinformasiyadır.

Xatırladırıq ki, Hadrut artıq bir neçə gün bundan əvvəl Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub.

Bildiririk ki, Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir və heç bir aktiv döyüş fəaliyyəti həyata keçirmir.



Ana səhifəyə qayıt        Baxış: 5 836          Tarix: 12-10-2020, 11:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma