Xəbər lenti
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
25-11-2024, 16:54
Rusiya Qarabağa dair Azərbaycana sərt xəbərdarlıq göndərib.
Ovqat.com xəbər verir ki, Rusiya hərbi dairələrinə yaxınlığı ilə seçilən Avia.pro portalı belə yazıb.
Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər Donanmasının cümə günü Abşeron yarımadasının şimalında hərbi təlimlərə başlamasını şərh edən nəşrin iddiasına görə, bir müddət əvvəl Rusiyanın bir neçə hərbi gəmisi, o cümlədən "Kalibr" qanadlı raketlərlə silahlanmış gəmiləri Azərbaycanla sərhəddən cəmi bir neçə kilometr məsafədə görünmüş, bununla da Moskva Xəzər dənizindən ölkəmizə zərbələr endirməyə hazır olduğuna dair xəbərdarlıq göndərmişdir.
"Rusiyanın cümə günü başlayan Xəzər donanmasının təlimlərinə Azərbaycana və Türkiyəyə edilmiş müəyyən siqnalı kimi baxmaq olar", - deyə RF Müdafiə Nazirliyinin Baş Qərargahının sabiq rəisi admiral Viktor Kravçenko "İnterfaks" a açıqlamasında bildirib.
Admiralın fikrincə, bu təlimlər Rusiyanın lazım gələrsə Azərbaycana Xəzər dənizi istiqamətindən hərbi müdaxilə edə biləcəyinə dair ciddi siqnal da ola bilər.
Kravçenkonun sözlərinə görə, bu hərbi manevrlər regionun Rusiyanın strateji maraqları sahəsinə daxil olduğunu xatırladan addım kimi qiymətləndirilməlidir və Moskvanın burada kifayət qədər hərbi potensialı var: "Xəzər donanması bu region üçün ciddi hərbi qüvvədir. Son 10 il ərzində Xəzər donanmasının döyüş qabiliyyəti xeyli artmışdır. Bu gəmilər həm "Kalibr" qanadlı raketləri həm də başqa yeni silahlarla təchiz olunublar", - deyə admiral deyə Rusiyanın "İnterfaks"informasiya agentliyinə bildirib.
Nəşr əlavə edir ki, Azərbaycanın dəniz sərhədlərində Rusiyanın Armada döyüş gəmilərinin peyda olması Bakı üçün ciddi gərginlik yaradır, çünki Moskva istənilən an İrəvanı dəstəklədiyini elan edə bilər.
“Mütəxəssislər hesab edirlər ki, Xəzər dənizində görünüşün başqa səbəbi var – orada döyüş aviasiyası vasitələrinin olması Ermənistan ərazisindən qanadlı və ballistik raketlərin atılıb-atılmaması ilə bağlı hava sahəsinin dəqiq tədqiqatı da aparıla bilər”,-Avia.pro belə yazır.
Qeyd edək ki, Rusiyanın Xəzər dənizində hərbi təlimlərə başlamasından bir gün sonra Azərbaycan və Ermənistan növbəti dəfə humanitar atəşkəs barədə razılığa gəldilər. Yenə də ermənilərin atəşi pozmasıyla kağız üstündə qalan bu razılığın Rusiyanın basqısı ilə mi rəsmi Bakıya qəbul etdirildiyi sualı ortaya çıxır və yəqin ki, rəsmilərimiz yaxın saatlarda bu müəmmaya aydınlıq gətirəcək.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, atəşkəs ermənilərin işğaldan azad etdiyimiz bölgələrə hücumu ilə pozulmuş və düşmən adekvat cavab alaraq geri çəkilmişdir. Ordumuzun bütün təhdidlərə baxmayaraq, bu gecə erməni təcavüzkarların layiqli cavab verməsi rəsmi Bakının Moskva ilə qarşı-qarşıya gəlməkdə maraqlı olmadığını, amma öz torpaq bütünlüyü uğrunda legitim mübarizəsində heç kimdən çəkinmədiyi göstərir. Brejnev demişkən, “biz müharibə istəmirik, amma bu o anlama gəlmir ki, müharibəyə hazır deyilik”.
Rəsmi Bakı bu gecə erməni hücumlarının qarşısını almaqla həm də Moskvaya bu mesajı vermişdir: Rusiya əgər həqiqətən də atəşkəs və sülh istəyirsə, itini bizim torpaqlardan çəkib öz ayağına bağlamalıdır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar