Xəbər lenti
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
Məmməd Arazın məşhur bir misrası var: “Bir ümidin ətəyindən tutub da fırlan”.
Şairin sözündən uzaq, ermənilər də indi atəşkəsin quyruğundan yapışıb fırlanırlar. “DQR” “prezidenti”nin xarici işlər üzrə müşaviri David Babayanın bu gün media qurumlarına verdiyi açıqlama da bu perspektivsiz ümidin təzahürünə bənzəyir.
Ovqat.com xəbər verir ki, Babayan deyib:
“Bəzi Azərbaycan rəsmiləri humanitar atəşkəsin cəmi bir neçə günlük olacağını söyləyirlər. Belə deyil. Əgər belə deyirlərsə deməli, bir neçə gündən sonra hansısa aqressiv hərəkətə qayıdacaqlar. Əslində isə bu atəşkəs müddətsizdir”.
Babayan hazırda DQR üçün əsas prioritet məsələnin yeni qurbanlardan qaçmaq olduğunu vurğulayıb.
Yəni Babayanın sözlərindən də aydın olur ki, ermənilər artıq ərazi iddiasında yox, can hayındadırlar.
Dünən bütün havadarlarını rəsmi Bakının ayağına göndərən ermənilər yüz xahiş-minnətlə Xarici İşlər nazirləri səviyyəsindəki danışıqlardan humanitar atəşkəs ümidiylə ayrılmışdılar. Amma üzərindən az keçməmiş məğlub duruma düşdükləri halda başlarından yekə şərtlər irəli sürmələri və işğaldan azad etdiyimiz bölgələrə saldırmaları onların son anda quyruğuna sığındıqları atəşkəsi də keçərsiz hala gətirdi.
Yeri gəlmişkən qeyd edək ki, ermənilərlə əldə edilən atəşkəs razılaşması ölkə rəhbəri səviyyəsində imzalanmadığından hər hansı hüquqi öhdəlik yaratmır. Xüsusilə də Xarici İşlər nazirləri arabanın beşinci təkəri olan Azərbaycanda.
Bir sözlə, bundan sonra erməni işğalçıları son ümid yeri kimi sarıldıqları atəşkəsin quyruğundan yapışıb sonsuzadək fırlanmaq haqqına malikdirlər. Qarabağda son sözü nə onlar, nə onların havadarları, nə də iki dığanın Moskvada Ceyhun Bayramovu təkləyib imzalatdıqları kağız parçası deyir. Soz söz Azərbaycanın müzəffər ordusunundur: “Hökm onun hökmü, fərman onun fərmanıdır”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar