Xəbər lenti
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
Sentyabrın 27-də Ermənistanın “Yeni torpaqlar uğrunda yeni döyüşlər” şüarı ilə xain hücumundan sonra Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə müzəffər ordumuzun qələbəni qələbəyə calayan uğurlu əks-hücumları bir dəqiqəmizi belə yeni xəbər gözləmə gərginliyindən azad buraxmır. Bunların sırasında Ermənistanın çox çətinliklə, hörmətli prezidentimizin dediyi kimi, “..kimlərinsə dabanlarını yalaya-yalaya” fürsət olaraq qazandığı humanitar atəşkəs rejimini dərhal pozması bütün dairələrdə təəccüb doğuran sual dolu boşluq yaradıb.
Tanınmış hüquüşünas Adil Minbaşı yaranmış situasiya və onun ətrafında baş verənlərlə bağlı fikirlərini “Təzadlar”a bölüşür.
- Bir neçə gündür davamlı olaraq Türkiyənin “Haber Global” proqramı hadisələri təhlil etməkdədir. AzTV ilə ortaq yayımda aparıcı Azərbaycan nümayəndələrinə belə bir sualla müraciət etdi ki, Ermənistan özü yalvarıb xahiş etdiyi halda, nədən atəşkəsi pozdu? Təbii ki, bu, ritorik sual idi və aparıcı bu anormal hadisənin səbəblərini bilirdi, sadəcə olaraq bizim nümayəndələrin dilindən səsləndirib ictimai fikrə çatdırmaq istəyirdi. Zənnimcə, verilən cavablar sırasına daxil edilməli olan daha bir ciddi səbəb var idi ki, bu, Paşinyan hakimiyyətinin əsl planını açmaqla bərabər, ermənilərin atəşkəsi niyə pozmasının da səbəbini aydın izah edir.
- Bunlar hansılardır?
- Əslində, çox təəccüblü görünür: Mockvada Rusiyanın təşəbbüsü ilə 11 saat davam edən gərgin humanitar atəşkəs razılaşmasından hec 11 saat keçməmiş Ermənistan tərəfi cəbhənin müxtəlif istiqamətlərindən ağır çaplı silahlarla atəşkəs rejimini pozmağa başladı. Həm də, Gəncədə dinc əhaliyə qarşı kütləvi qırğın silahı ilə, özü də təkrar olaraq Ermənistan ərazisindən (bu da niyyətin tərkib elementidir, aşağıda aydın olacaq)!
Gözləmək olardı ki, döyüş meydanında böyük itkilər verərək ağır vəziyyətə düşən və “millət olaraq erməniləri qırırlar, kömək edin”- deyə saxta-fahişə (oxucular məni bağışlasın, bu söz siyasi leksikona daxil edilib, müəllifi də V.İ.Lenindir) çağırışları ilə bütün dünyaya haray çəkən Ermənistan rəhbərliyi bu qisamüddətli humanitar atəşkəsdən bir xilas yolu kimi istifadə edəcək. Hamı bunu məntiqlə belə gözlədiyi halda, fitnə və bicliklər ustadı, şeytani əməllərini qarşı tərəfin üzərinə atıb həmişə “sudan quru çıxan” ermənilər, əlbəttə, bu məntiqi hesablamaları da nəzərə aldılar(?) və tərs bir gediş etdilər - atəşkəsi pozdular.
- Sizcə, Ermənistana atəşkəs lazım idimi?
- Yox... Onun həşir və yalvarışları atəşkəs üçün deyildi, bu baş verərsə də, onu Azərbaycanın əleyhinə çevirəcəyini planlaşdırırdı. Atəşkəs zəif tərəfə nəyə görə lazımdır? Birincisi, qısa müddətli də olsa, qarşı tərəfin hücum əzmini pozub psixoloji dönüş yaratmaq üçün, ikincisi isə, fasilə müddətində əlavə silah və canlı qüvvə cəlb edərək toparlanmaqla əks-hücüm şansı qazanmaq üçün.
Azərbaycanın hərbi paradlarda, hərbi təlimlərdə nümayiş etdirdiyi silahlar, onun aldığı silahların həcmi, keyfiyyəti barədə sızan məlumatlardan Paşinyan hələ müharibəyə başlamazdan əvvəl reytinq cədvəlində Ermənistandan 50 pillə yuxarıda olan Azərbaycan ordusu ilə ayaqlaşmayacağını bilirdi. Hərbi əməliyyatlar başlayanda isə vəziyətin onun gözlədiyindən də dəhşətli olan reallıq ona bəlli oldu. Özünün arsenalında olan silah, texnika günəş altındakı qar dənəcikləri kimi əriyir, müttəfiqlərinin mülki təyyarələrlə göndərə bildikləri isə ard-arda kibrit qutusu kimi alışdırılıb sıradan çıxarılır. Aydın oldu ki, yeni əsrin müasir silahları ilə silahlanmış, hələ tətbiq olunmamış yeni hərbi taktikaları reallaşdıran yüksək hərbi hazırlıqlı Azərbaycan əsgərinin şir coşqusu qarşısında dayanmaq mümkün deyil. Həqiqi vəziyyəti erməni xalqından gizlətsələr də, həm Paşinyan, həm də onun hərbi komandanlığı ücün aydın idi ki, atəşkəs vəziyyətində istifadə oluna bilən hər iki şərt - psixoloji dönüş yaratmaq və maddi güc toparlamaq mümkün deyil, buna nail olunsa belə, nəticə faydasızdır. Vəziyyətdən çıxış yolu yenə fitnədir - atəşkəsi pozmaqla Azərbaycanı da buna təhrik etmək! Hamının “Azərbaycanı durdurun” deyə yalvaran məğlub ölkə niyə atəşkəsi pozsun ki?, - məntiqinə söykənərək günahı yenə Azərbaycanın üzərinə atıb vəziyyəti daha da gərginləşdirsin. Yəni təbliğat üçün irəli sürdükləri tezislərdə Azərbaycanı “qəddar, amansız, türklərlə birlikdə ermənilərə qarşı növbəti soyqırım törədən” kimi ittiham etməklə bərabər, onu həm də “ipə-sapa yatmayan, öhdəliklərinə, qanunlara əməl etməyən tərəf kimi tanıtsın. Bununla da münaqişənin sülh danışıqları ilə həlli cəhdlərinin nəticəsiz olacağını “əsaslandırıb” kənardan hərbi güc tətbiqinə nail olsun.
- Və tərəflərin oktyabrın 18-də yenidən atəşkəsə əməl olunması barədə təkrar razılaşma əldə etmələrinə baxmayaraq, Ermənistan hakimiyyəti onu yenə pozur...
- Bəli, Paşinyan hakimiyyəti öz məqsədinə çatmaq üçün son nəfəsinə qədər də eyni qaydada atəşkəsi pozmaqda davam edəcək... Dediyim bu ciddi səbəbdən başqa digər səbəb odur ki, hazırki halda Paşinyan atəşkəs şərtlərinə əməl etsə, onun erməni xalqından gizlətdiyi həqiqətlər dərhal ortaya çıxacaq. Ölən, yaralanan və əsir götürülən ermənilərin sayı və yaralıların ölkəyə daşıdığı məlumatlardan cəbhədəki real vəziyyət xalqa bəlli olacaq. Bu isə ən qısa zamanda onun hakimiyyətinin itirilməsi ilə nəticələnəcək... Mən bunu əvvəl də demişdim, sonuncu müsahibəmdə də demişəm və EHEEEY...! - deyə haray çəkib qışqırmağa hazıram ki, siyasi platformalarda biz bu səbəbi olduğu kimi, çılpaqlığı ilə, günahkarları ilə birlikdə deməli və ideoloji cəbhədə ciddi bir arqument kimi rəqiblərimizin qarşısına qoymalıyıq! Artıq bu, sirr deyil, Azərbaycan, həm də Türkiyə siyasi dairələrində bu ümumi fikir olaraq hallanır və belə ifadə olunur: “Ermənistanın məqsədi bölgə güclərini münaqişəyə cəlb etməkdir”. Ancaq bunun da konkret təşkilatçıları, iştrakçıları və gedişatı körüklüyənləri var. Şübhə ola bilməz ki, bunu artıq dəqiqliklə bütün dövlətlərin yetkililəri bilir. Günahkar tərəflər sadəcə adlarının hallanmasını arzu etmirlər, Azərbaycan və Türkiyə rəsmiləri isə siyasi-diplomatik səbəblərdən (ola bilsin ki, hələlik) açıqlamağı münasib bilmirlər. Cənab prezident bunu bir neçə dəfə diplomatik formada, “bəlkə başa düşərlər” deyə eyhamlarla anlatdı. Dövlət rəsmilərinin bu cür yanaşması anlaşılandır. Ancaq bizim ictimai təşkilatlar, sərbəst siyasətçilər, şərhçilər, azad mətbuat, nə bilim, kimlər, kimlər... xüsusilə xarici dövlətlərdə mitinqlərə, nümayişlərə çıxan diasporamız niyə susur?! Axı “xoş-xoş” deməklə donuz şamlıqdan çıxmaz! Bəzən düşmənin düşmənçiliyinin bəlli olduğunu onun üzünə demək özü bir çəkindirici vasitə, müdafiə metodudur. Razıyam, əməllərini dövlət səviyyəsində gizli təşkil edən Makron sübutlar təqdim etmədiyimə görə məni məhkəməyə versin, həbs etdirsin, sui-qəsd təşkil etsin, fərq etməz, cəbhədə həyatını qurban verən gənclərimizdən artıq deyiləm ki! Mən bunu indi yox, 3 ay əvvəl demişəm və yenə deyirəm: 27 sentyabrda Ermənistanın atəşkəs rejimini pozub, həm də həyasızcasına “yeni torpaqlar uğrunda yeni savaşlar” çağırışı ilə hərbi cəhətdən özündən qat-qat güclü, qalib gəlməsi mümkün olmayan dövlətə - Azərbaycana hücum etməsi nə Rusiyanın, nə də onun öz planı deyildi. Bu plan, əvvəlcədən Ermənistana bütün istiqamətlər üzrə, o cümlədən Suriya və İraqdan muzdlu döyüşçülər cəlb etməklə, siyasi dəstək hazırlıqları ilə Fransada hazırlanmış, Emmanuel Makron tərəfindən idarə olunan plandır.
- Bu planın tarixi varmı?
“Bu fakt bizə həm də Minsk Qrupunun, xüsusilə Fransanın indiki və gələcək danışıqlar prosesindəki oyunlarını bloklamaq üçün çox lazımdır...”
- Bu plan Birinci dünya müharibəsindən əvvəl Osmanlı İmperiyası üçun hazırlanıb həyata keçirilən - Türkiyəni Rusiya ilə müharibəyə cəlb etmək planıdır ki, yenidən tətbiq edilir!Aralıq dənizindəki enerji ehtiyatlarından istədikləri pay bölgüsü ala bilməyən, birbaşa iştirakçı olub-olmasından asılı olmayaraq bir çox dövlətlər də bunun reallaşdırılmasında maraqlıdırlar. Əvvəlki müsahibəmdə də qeyd etdiyim kimi, Rusiya da bu plandan tam məlumatlıdır və erməni mənşəli, ermənipərəstlərin cəhdinə baxmayaraq, şəxsən Vladimir Vladimiroviç Putin Rusiyanın maraqlarını qurban vermək istəmir və bu oyuna gəlmir. Biz isə öz tərəfimizdən bu həqiqəti çılpaqlığı ilə dünya ictimaiyyətinin diqqətinə çatdirmasaq, ermənilərin bu planın reallaşması üçün düzəltdiyi saxta oyunların mahiyyətini acmaq, onları ifşa etmək çətin olar. Bu fakt bizə həm də Minsk Qrupunun, xüsusilə Fransanın indiki və gələcək danışıqlar prossesindəki oyunlarını bloklamaq üçün çox lazımdır. Biz üzərinə getmədikcə ermənilər və havadarları gecə-gündüz mətbuat, televizya vasitəsilə ictimai rəyi bizə qarşı yönəldir, bölgədə böyük güc sahibi olan Rusiyanı “məzlum, məhv olmaq təhlükəsində olan xristian qardaşlar”ın xilası üçün hərbi güc yeritməyə təhrik edirlər!
Əzizlərim, qardaşlarım, oğullarım! Biz xalq və hakimiyyətin birliyinə, əzminə, ordumuzun gücünə və döyüş meydanındakı real vəziyyətə görə müharibənin tezliklə başa çatacağını hesablaya bilərik, ancaq fitnəkar düşmənlərimizin və onlara bu fitnələri yoluxduran, onlardan da fitnəkar düşmənlərimizin bütün planlarını əvvəlcədən hesablamaya bilərik. Müharibə hələ bitməyib! Müharibə qələbə ilə başa çatdıqdan sonra da ideoloji cəbhədə, informasiya məkanında hələ çox uzun zaman davam edəcək. Biz diaspor fəaliyyətində işimizi eyni sürətlə, eyni təşkilatçılıq və idarəçiliklə paralel şəkildə, ordumuzda olduğu kimi 21-ci əsr səviyyəsində yeniləməliyik. Bəzən ordunun gücü ilə həll edilməsi çətin olan məsələlər belə bu sahədə həll edilə bilir.
***
Hərb meydanında olduğu kimi, ideoloji sahədə də dövlət başçısı cənab İlham Əliyev özünün cıxışlarında, müsahibələrində, debatlarda da yüksək diplomatik məharət göstərir. Onun konsepsiyaları, arqumentləri, istinadları ideoloji və informasiya sahəsində qurulması vacib olan sistemin sütunlarını təşkil edir. Bunlar bazis olaraq qəbul edilməlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, missiyasına və statusuna görə dövlət başcısının bütün çıxışları förma, məzmun, ölçü və s. kriteriyalara görə müəyyən reqlamentlərə tabedir. Ona görə də yuxarıda qeyd etdiyim kimi, elə məsələlər var ki, onların dövlət rəsmilərinin dilindən səslənməsi uyğun sayılmaz. Vərdiş etdiyimiz kimi, hər yükü birinci şəxsin üzərinə atmaq və eləcə də onun dediklərini təkrarlamaq da doğru deyil, çünki bunlar artıq deyilib. Ancaq həmin baza üzərində təbliğat, ideologiya və informasıya mübarizəsi yaradıcı, məntiqli yanaşma ilə daha geniş həcmdə, fərqli auditoriyalarda istifadə olunmalıdır.
- Adil müəllim, nə təklif edərdiniz?
- Bu işdə səhvlərə, yanlışlıqlara və fikir ayrılıqlarına yol verilməməsi üçün mən təklif edərdim ki, operativ bir mərkəz yaradılsın. Burada Mədəniyyət Nazirliyi, Müdafiə Nazirliyi, AMEA nın Tarix İnstutunun təşkilatçılığı ilə hərb, siyasət, tarix, hüquq-beynəlxalq hüquq mütəxəssisləri cəlb olunsun. Haqq işimizin dünyaya düzgün çatdırılması üçün ümumi, hərtərəfli konsepsiya hazırlanmaldır. Fərqli dövlətlərin, icmaların, maraqların və auditoriyaların xüsusiyyətləri nəzərə alınmaqla indiyə qədər müzakirə predmeti olmuş və ola biəcək bütün sahələr üzrə konkret cavablar hazırlanmalı və informasiya məkanında çalışan bütün hüquqi və fiziki şəxslərin “yol xəritəsi”nə çevrilməlidir. Bunun yayılması və səhvsiz tətbiqi Milli Televiziya və Yayım Şurası, həm də Mətbuat Şurası tərəfindən təmin edilməlidir.
Mənim bu dediklərim nə qədər doğrudur, nə dərəcədə yararlı ola bilər, deyə bilmərəm, ancaq Rusiya mətbuatının, xüsusilə televiziya proqramlarının fasiləsiz olaraq Azərbaycana qarşı apardığı qara piar kampaniyasını görməzlikdən gəlmək və buna biganə qalmaq olmur. Son baxdığım veriliş səhərə yaxın bitdi, təbii ki, bundan sonra yatmaq da, bunları cavabsız qoymaq da mümkünsüz idi… Ona görə ki, susqunluqlarımızın nəticələri ağır başa gəlir. Haqqa-ədalətə qarşı “lal-kar-kor” olan dövlətlər uzun illər bizim torpaqlarımız işğal olunanda, insanlarımız soyqırıma məruz qalanda, yurd-yuvamız yandırılıb dağıdılanda ona görə səssizliyə bürünə bilir ki, həqiqət dünya ictimaiyyətinə yanlış anladılmışdır. Biz 30 ildən çoxdur haqq səsimizi dünyaya çatdıra bilməmişik. İndi də haqqımızı müdafiə edərkən işğalçını müdafiə edib işğala məruz qalanın haqsız olduğu təbliğatını aparırlar!
- Adını çəkdiyiniz Rusiya televiziyası hansı yalnışlığa yol verdi?
- “Rusiya 1” kanalının hadisələr başlayandan Azərbaycan və Türkiyəyə qarşı səlib yürüşü təşkil etməsi sirr deyil. Rusiya teleməkanının 98 faizini əhatə edən, bundan başqa, internet üzərindən dünyaya yayımlanan bu kanal ən azı 150 milyonluq rus xalqını, onun təzyiqi ilə isə Rusiya hökumətini Azərbaycanın və Türkiyənin üzərinə qaldırmaq üçün açıq-aşkar cinəyət addımları atmaqdan belə çəkinmir. “Odin na odin” verilişinin teleaparıcısı Vladimir Solovyov əksəriyyəti yəhudi və ermənilərdən ibarət dəstə (ruslar buna şayka deyirlər) yığıb bir-birinə “top ötürməklə” faktları, tarixi həqiqətləri saxtalaşdırır, yanlış postulat qurur, alınan yanlış nəticələr üzərində bilərəkdən saxta məntiqi nəticələr çıxarır bu nəticələr üzərindən də Azərbaycanı ittiham edir, onu ermənilərin hüquqlarını pozmaqda, onlara qarşı ədalətsizlikdə, “tarixi torpaqlarını” işğal etmək üçün qırğın törətməkdə, terrorçuları Rusiya ərazilərinə yaymaqda, daha nələrədə… ittiham edir. Türkiyəni, türkləri, prezident R.T.Ərdoğanın milli hisslərinə və ləyaqətinə toxunur, sonuncunu faşizmdə ittiham edir, xalqlar arasında - ruslar-türklər, ruslar-azərbaycanlılar, ruslar-ukraynalılar arasında milli ədavəti qızışdırır və müharıbə təbliğatı aparır. Bu verilişin qanunazidd məqamlarını təhlil etsək, gərək bir roman yazaq, ən azından buna ayrıca bir mövzu sərf edək və yəqin ki, edəcəyik. Əvvəlki müsahibələrində “erməniləri gizli yollarla silahlandıraraq bu müharibəni bir-birlərini qırana qədər uzatmaq (?!) və sonunda Rusiyanın qoşun yeritməsinə yalvartmaq” təklifindəki qeyri-insani, antibəşəri motivlər, Rusiyanı Beynəlxalq Hüquqa zidd cinayətə təhrik və s. çağırışları isə bugünkü “Verdikt”in yanında “toya getməlidir”. Təkcə sonuncu verilişin bəzi detalları üzərində dayansaq, başqa izaha ehtiyac qalmır.
- Buyurun, ən çox narahatlıq yaradan məqamlar hansılardır?
- Əksəriyyəti erməni və yəhudi olan bu psevdo-millətçilər yekun olaraq müzakirələrdən bu qərara gəldilər ki, guya Türkiyənin Azərbaycanı müdafiə etməsi Osmanlı İmperiyasının bərpa olunması məqsədi daşıyır və bu, Rusiya dövlətinin dağılmasına gətirib çıxaracaq, ona görə də Azərbaycana qoşun yeritmək, dənizdən və ya qurudan atəşə tutmaqla Türkiyəni də müharibəyə cəlb etmək, o zaman müharibəni genişləndirərək Turkiyənin ərazisini işğal etmək və İstanbulun əvvəlki adı Konstantinopolu bərpa etmək lazımdır
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar