Xəbər lenti
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
Ermənistan rəsmilərindən bir-birini təkzib edən açıqlamaların gəlməsi təəccüblü deyil. Bu, təkcə onların məğlubiyyətdən başlarını itirməsindən irəli gəlmir, həm də mövcud reallıqla xaricdəki erməni lobbilərinin iqtisadi maraqlarının toqquşmasını göstərir.
Məsələ burasındadır ki, Azərbaycanın müzəffər ordusu ilə başara bilməyəcəklərini, boş yerə öz gənclərini qurban verdiklərini Ermənistan hakimiyyətinin özü də dərk edir. Bunu Paşinyanın xanımı Anna Hakobyanın bu gün dünyanın I xanımlarına ünvanladığı müraciətindən də sezə bilərik.
A. Hakobyan açıq şəkildə bildirmişdi ki, bizim bu savaşı qazanmaq şansımız yoxdur, siz öz ərlərinizi məcbur edin; Dağlıq Qarabağın müstəqilliyini tanısınlar və bu yolla erməni gəncləri qırılmasın.
Sual edə bilərsiniz: Bir halda ki, ermənilər 30 illik bu işğalçı siyasətin heç bir nəticə verməyəcəyini bilirlər, bəs, niyə mənasız metodlarla öz inadkarlıqlarını sürdürürlər?
Zənnimcə, bunun bir cavabı var: Onlar sağlam ağılla deyil, xarici direktivlərlə hərəkət edirlər. Daha loru dillə desək, erməni faciəsi üzərində öz siyasətlərini qurub ABŞ-da, Fransada və s. ölkələrdə siyasi gücə çevrilən lobbiləri onlara döyüşməyi əmr edir. Erməni iqtisadiyyatı və dövləti tamamilə həmin lobbilərin yardımları hesabına mövcud olduğundan rəsmi İrəvan da bu direktivdən imtina edə bilmir. Dolayısıyla gah sağlam ağlının səsinə qulaq asıb ağ bayraq qaldırır, gah da yenidən “cəsarətlənib” qabağından qaçdığı gücə hədə-zorba gəlməyə çalışır.
Bəs, erməni lobbisi niyə reallığı başa düşmək istəmir?
Kim deyir ki, başa düşmür? Əslində onlar da reallığının fərqindədirlər. Sadəcə, bu lobbi erməni qanıyla bəslənir. Türk düşmənçiliyi üzərində siyasət qurduqlarından və xaricdəki erməniləri qisas ideologiyası ətrafında birləşdirdiklərindən bu müharibə onlara hava-su qədər lazımdır. Əks halda, istinad nöqtələri olan ermənilər yüzillərdir xaricdə iç-içə yaşadıqları xalqların arasında assimiliyasiyaya uğrayıb yox ola bilərlər. Erməni şüurunu diri saxlamaq üçün onu qanla bəsləməlidirlər. Bu qan ya bizim, ya da ermənilərin qanı ola bilər; kimin olmasının o qədər də fərqi yoxdur. Təki erməni şüurunu diri tutsunlar.
İstənilən xalqın milli şüurunun diri tutulmasının ən qısa yolu isə xarici düşmən və ya təhdid ideologiyasıdır. Bir çox xalqlar yalnız bu ideya əsasında özünü uzun illər qoruya bilirlər. Ermənilərin bu zamana qədər “soyqırım” yalanına sığınmalarının da əsas səbəbi budur. Dağlıq Qarabağda Azərbaycanın apardığı haqq mübarizəsi də onlara “ikinci soyqırım” nağılları uydurmağa və erməniləri vahid mərkəzdə birləşdirməyə kömək edir.
Erməni lobbilərinin “soyqırım” nağıllarına istinad etmələrinin yeganə məqsədi milli şüuru diri tutmaq olsaydı, bəlkə də bu yalanlara haqq qazandırmaq mümkün idi. Dərd burasındadır ki, erməni şüurunun diri tutulmasının əsas səbəbi heç də milli hisslərdən irəli gəlmir. Xaricdəki soydaşların bir ideya ətrafında birləşmələri və yad kültürün təsiri altında yox olub getməmələri erməni lobbilərinin əsas dayağı olan milli zənginlərinin kommersiya marağıyla birbaşa əlaqəlidir. Lobbilər bu ideologiyalarla assimiliyasiyaya uğramaqdan qoruduqları insanlarını öz ətraflarında toplayaraq, xarici dövlətlərdə siyasi hakimiyyətə gələcək partiyalarla sövdələşməyə girirlər. Siyasi dividend əldə edib daha da zənginləşirlər. Qazandıqlarının cüzi bir qısmini isə Ermənistana göndərib “ana vətəni” öz əllərində saxlamağa və türk düşmənçiliyi siyasəti yürütməyə vadar edirlər. Ermənistanda və Qarabağda milçək kimi qırılan gənclərin qanı isə onlar üçün çörəyə sürtəcək yağ dəyərindədir.
Heydər Oğuz
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar