Xəbər lenti

 
“Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinin ikisi də üçtərəfli görüşdən imtina ediblər və Ceyhun Bayramov Mnatsakanyanın Dövlət Departamentinə gəlişindən bir müddət əvvəl oranı tərk edib”.
 
Ovqat.com xəbər verir ki, "EADaily" xəbər portalı bu məlumatı yayıb.
 
AFP Agentliyinin Vaşinqtondan verdiyi məlumata görə isə, Pompeo ABŞ Dövlət Departamentində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan XİN başçısı Zoqrab Mnatsakanyan arasında keçirilən bir saatlıq intervalla ayrı-ayrı görüşlərdə qonaqlarının "əllərini sıxıb və lütfkarlıq mübadiləsi edib, lakin heç bir əhəmiyyətli bəyanat verməyib".
 
Qeyd edək ki, görüşün bu cür nəticələnməsi gözlənilməz deyildi. Danışıqlar ərəfəsində Pompeo bildirmişdi ki, ayrı-ayrı görüşlərdə irəliləyişə ümid bəsləmir, atəşkəs haqqında əvvəlki təkliflərin yerinə yetirilmir.

Bir sözlə, Vaşinqton görüşündən "it qovmağa davam" nəticəsi çıxıb.


Ana səhifəyə qayıt        Baxış: 4 835          Tarix: 23-10-2020, 21:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma