Xəbər lenti

 
Məlum olduğu kimi, hazırda Dağlıq Qarabağda gedən ağır döyüşlər Azərbaycanın transmilli enerji və nəqliyyat layihələrinə erməni hücumlarından sonra başlamışdı. ABŞ rəsmiləri digər Qərb ölkələrinin enerji şirkətlərini Rusiyanın “Şimal axını-2” layihəsindən imtina edib TANAP-TAP və digər qaz-neft kəmərlərinə üstünlük verməyə çağırdıqdan az sonra ermənilərin Tovuz rayonuna hücumları başlamış və Azərbaycan ordusu bu təcavüzün qarşısını ala bilmişdi. 
 
Bir çox ekspertlər də bir-birinin ardınca baş verən  bu iki hərəkət arasında determinist əlaqə qurur, hücumun arxasında Rusiyanın dayandığını və məqsədinin isə dünya enerji bazarında alternativsizliyini təmin etmək olduğunu düşünürlər. Görünür, iyulun 12-da baş vermiş Tovuz döyüşləri zamanı öz məqsədinə çata bilməyən Rusiya öz kuklası Ermənistanla birlikdə Dağlıq Qarabağdakı son hücum planını hazırlayıb. 
 
Təsadüfi deyil ki, hazırda bəzi rusiyalı “ekspertlər” də öz “müstəqil analiz”lərində Azərbaycanı neft-qaz infrastrukturunu vurmaqla təhdid edirlər.
 
Ovqat.com xəbər verir ki, MDB Ölkələri İnstitutunun Qafqaz şöbəsinin müdiri Vladimir Yevseyev oktyabrın 22-də “Медиа взгляд» ("media baxış") Youtube kanalındakı çıxışında bu təhdidi irəli sürüb.
 

 
Vladimir Yevseyevin fikrincə, Ermənistan Azərbaycanın neft-qaz sahəsinə zərbə vurmaq hüququna malikdir. “Ekspert” Azərbaycanın karbohidrogenlərin ixracından son dərəcə asılı olduğunu, dinc əhali arasındakı kütləvi itkilərə yol açan münaqişə davam edəcəyi təqdirdə onun dayandırılması variantlarından birinin də iqtisadi nəfəsliyimiz kimi səciyyələndirilən kəmərlərin vurula biləcəyini söyləyib.
 
 
"Bu münaqişə uzansa və Azərbaycan razılığa gəlmək istəməsə, düşünürəm ki, hər iki tərəfdən dinc əhalinin itkisinə son qoymaq məqsədilə Ermənistan dövləti “İsgəndər" əməliyyat-taktiki kompleksindən Azərbaycan Respublikasının neft-qaz infrastrukturuna qarşı istifadə etmək hüququna malikdir", - Yevseyev belə deyib.
 
Ekspert bir az uzağa gedərək, öz təhdidkar təklifini insanpərvər addım kimi qiymətləndirməkdən də utanmayıb.
 
Yevseyev həmçinin bildirib ki, əks halda Ermənistan üçün bu münaqişə çətin ola bilər, çünki “ona qarşı çoxlu sayda müasir silahdan istifadə edilir”.
 
Xatırladaq ki, son döyüşlər zamanı ermənilər dəfələrlə Gəncə dəhlizindən keçən kəmərlərə raketlər atmış və bu təxribatlar Azərbaycan HHM sistemləri tərəfindən göydə zərərsizləşdirilmişdi.


Ana səhifəyə qayıt        Baxış: 4 916          Tarix: 25-10-2020, 17:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma