Xəbər lenti
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
25-11-2024, 16:54
Rusiya Ermənistana MiQ-29 qırıcılarını niyə göndərib?
Rusiya Hərbi Hava Qüvvələrinin ən azı 13 qırıcı təyyarəsi Ermənistanın aviabazasında görünüb.
Ovqat.com xəbər verir ki, məlumatı Rusiya hərbi dairələrinə yaxınlığı ilə seçilən Avia.pro portalı yayıb.
Portalın iddiasına görə, Rusiyanın HHQ, Ermənistan ərazisinə 13 ədəd MiQ-29 qırıcısı göndərib.
Avia.pro iddia edir ki, Ermənistan Hərbi Hava Qüvvələrinin rəsmi arsenalında MiQ-29 qırıcıları ümumiyyətlə mövcud deyil. Nəşr bu faktdan çıxış edərək, Erebuni aviabazasında görüntülənən 13 ədəd MiQ-29-un Rusiyaya aid ola biləcəyi qənaətinə gəlir.
Üstəlik, bu qırıcılar Ermənistana yeni göndərillməyib. Portal xəbər verir ki, Erebuni aviabazasında çəkilən şəkil cari ilin əvvəllərinə aiddir. Açıq səma altındakı dayanacaqda saxlanıldığı zaman kosmosdan fotosu çəkilən bu təyyarələrdən başqa aerodromda daha 13 vertolyot müşahidə olunur. Rusiyaya aid olan həmin hərbi hava vasitələrinin nə məqsədlə Ermənistana göndərildiyi barədə isə hər hansı rəsmi məlumat yoxdur.
Qeyd edək ki, hazırda Dağlıq Qarabağda davam edən şiddətli döyüşlərdən əvvəl Ermənistan Silahlı Qüvvələri bir neçə dəfə Azərbaycan sərhədlərinə hücum etmişdi. Həmin hücumlardan ən böyüyü iyul ayının ortalarında başlamış və erməni ordusu adekvat cavab alaraq geri oturdulmuşdu.
Tovuz döyüşləri adlanan sözügedən hücum bir çox hərbi-siyasi ekspertlər tərəfindən Rusiyanın enerji siyasətilə əlaqələndirilmişdi. Belə ki, ABŞ və bəzi Avropa ölkələrinin Rusiyanın neft-qaz ixracatına qoyduğu məhdudiyyətlər və açıq şəkildə beynəlxalq enerji şirkətlərinin rus karbohidrogen məhsulları əvəzinə Azərbaycandan eyni adlı yanacaqları almaları istiqamətində səsləndirilmiş çağırışlar Moskvanı qıcıqlandırmış, özünün alternativsizliyi mühitini yaratmaq üçün TANAP-TAP layihəsini sıradan çıxarmağa yönləndirmişdi. Transmilli enerji şirkətlərinin maraqlarına qarşı açıq şəkildə çıxmaq cürəti göstərməyən Moskva bunu kuklası Ermənistan vasitəsilə həyata keçirməyə çalışmışdı.
Təsadüfi deyil ki, dünya dövlətləri də Tovuz hücumlarının arxasında Rusiyanın dayandığını qəbul etmiş, hücumdan bir gün sonra ABŞ Dövlət Departamentinin sədri Mayk Pompeo daha konkret dillə Avropa şirkətlərini “Şimal axını-2” layihəsindən çəkilməyə çağırmış, əks halda onları ağır sanksiyalarla təhdid etmişdi.
Rusiyanı enerji layihələrindən məhrumetmə təşəbbüsünə xüsusilə bu ilin əvvəlində start verilmişdi. İlk addımı atan isə Türkiyə olmuşdu. Ankara bu ilin əvvəlindən Rusiyadan aldığı qazı 50%-dən çox azaltmış və onun yerinə Azərbaycandan aldığı qazın miqdarını artırmışdı.
Rusiyanın Ermənistana 13 qırıcı təyyarə və 13 hərbi vertolyot göndərməsinin də həmin dövrə düşməsi təsadüfi görünmür. Belə çıxır ki, bugünkü müharibə heç də Ermənistanla-Azərbaycan arasında deyil, Rusiya ilə ölkəmiz arasında gedir və şimal qonşumuz bu döyüşlərə hələ ilin əvvəlindən hazırlaşıbmış.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar