Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
“Cənub Qaz Dəhlizi” ilə Avropaya enerji nəqli davamlı təhlükə altında qalarsa, Avropanın Rusiya qazından asılılığı azalmayacaq. Ekspertlər bunu Moskvanın marağına uyğun sayırlar.
Ovqat.com xəbər verir ki, İranın Anaj.ir nəşrinin Tovuz döyüşlərini şərh edən edən məqaləsində belə deyilir.
“Qarabağ münaqişəsi: Avropaya enerji nəqlinə təhdid” sərlövhəli məqalədə bildirilir ki, əksər ekspertlər Azərbaycanın Tovuz bölgəsini “Qafqaz boğazı” adlandırır: “Xəzərdən keçərək Qara dənizə çatmaq istəyən hər kəs mütləq bu bölgədən adlamalıdır. Azərbaycanın Qərbə uzanan neft-qaz boruları, quru və dəmir yolu da buradan keçir. Üstəlik, Tovuz Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin yaxınlığındadır. Bütün bunlar Tovuz rayonunun əhəmiyyətini artırır.
Sadalananların fonunda görünən odur ki, Ermənistan Azərbaycanla bu istiqamətdə ötən ay baş vermiş hərbi qarşıdurmalara əvvəldən hazırlaşıbmış. Hər halda, Ermənistanın Azərbaycanla sərhədinin bu istiqamətində çox sayda hərbi bazası var. Başqa sözlə, ermənilərin Tovuz rayonu istiqamətində hücumlara başlamasının əsas səbəbi yəqin ki, onun qlobal enerji kəmərlərinə yaxın olmasıdır. Vaxtilə ermənilər Azərbaycanın Kəlbəcər rayonunu da bölgədən keçən enerji xətlərinin nəzarəti ələ almaq üçün işğal etmişdilər.
Yeri gəlmişkən, Tovuz istiqamətində toqquşmaların qızğın vaxtında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirov da diqqəti məhz bu məqama çəkmişdi. O, toqquşmaların Xəzər neft-qazını dünya bazarına nəql edən infrastrukturun yaxınlığında baş verdiyini demiş, qarşıdurmaların davam etdməsinin bölgədə enerji təhlükəsizliyini poza biləcəyini söyləmişdi.
“Reuters”in məlumatına görə, Nəsirov Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərlərinin, Bakı-Tbilisi-Ərzurum qaz borusunun, həmçinin Xəzər dənizindən Avropaya enerji nəqlinin həyata keçirildiyi bir sıra digər obyektlərin toqquşmaların baş verdiyi ərazinin yaxınlığından keçdiyini xatırladıb. Bu isə o deməkdir ki, Ermənistan enerji nəqli marşrutlarını bir daha nəzarət altına almaqla, bundan Dağlıq Qarabağ probleminin həllinə dair danışıqlarda kozır kimi istifadə etməyə çalışır.
Məlum olduğu kimi, Azərbaycandan başlayan “Cənub Qaz Dəhlizi” Gürcüstan və Türkiyədən keçməklə Avropaya uzanır. Bu layihənin tam həcmdə istismara verilməsi Avropanın Rusiya qazından asılılığının azalması deməkdir. SOCAR-ın məlumatına görə, layihənin bir hissəsi olan Transadriatik boru xəttinin (TAP) də istismara verilməsindən sonra Azərbaycanın “Şahdəniz” yatağının işlənməsinin 2-ci fazası çərçivəsində hasil olunan təbii qa Avropaya ixrac ediləcək. Bu, Azərbaycanın gəlirlərini artırmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyinə ciddi töhvə verəcək.
Beləliklə, bəzi dairələrin bölgədəki son hərbi qarşıdurmanın mümkün səbəbkarı kimi Rusiyanı göstərməsi bəlkə də bundan qaynaqlanır. “Cənub Qaz Dəhlizi” vasitəsilə Avropaya enerji nəqli təhlükə altına düşərsə, Avropanın Rusiya qazından asılılığı azalmayacaq. Bununla da “Cənub Qaz Dəhlizi” hələ uzun müddət Moskvanın maraqlarına cavab verməyəcək.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar