Xəbər lenti
Dünən, 17:22
Dünən, 12:32
Dünən, 11:30
10-01-2025, 23:30
10-01-2025, 22:30
10-01-2025, 21:52
10-01-2025, 20:49
10-01-2025, 19:32
10-01-2025, 16:15
“Him-cim” yeri deyil, akpercan, real addım at!
“Ermənistanın baş naziri ilə Azərbaycan prezidentinin görüşünün hələ planlaşdırılmayıb”.
Ovqat.com xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan ölkəsinin parlament jurnalistlərinə açıqlamasında bildirib.
Jurnalistlərin bu yöndə sualını cavablandıran nazir deyib:
"Hazırda Paşinyan-Əliyev görüşünün planlaşdırıldığını deyə bilmərəm. Əgər planlaşdırılırsa, mütləq bu barədə məlumat verəcəyik".
Jurnalistlərin birdən-birə bu sualı ağılllarına gətirməsi təsadüfə bənzəmir. Belə görünür ki, Ermənistan ictimaiyyəti yeganə ümidini iki ölkənin rəsmiləri arasında görüşə bağlayıb və bu arzularını dolayı yolla rəsmi İrəvana çatdırırlar. O da mümkündür ki, 2 il əvvəl hakimiyyətə gəldiyi vaxt sürətini düzgün ayarlaya bilməyən Paşinyan indi qəzaya sürükləndiyi bir zamanda təcili əyləci basmaqdan da çəkindiyi üçün Bakının humanizminə bel bağlayıb Azərbaycan prezidentinə “him-cim” göndərir. Azərbaycan prezidentinin isə mövqeyi bəllidir: “Biz bu gün də atəşi kəsə bilərik. Yalnız bir halda; Ermənistan Dağlıq Qarabağdakı hərbi qüvvələrini çıxarsın, bu torpaqların Azərbaycanın ərazi bütövlüyünə daxil olduğunu rəsmən bəyan etsin və bu günə qədər dediyi sözlərə görə üzr istəsin”.
Yəni, “him-cim” yeri deyil, real addımlar atmaq lazımdır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər