Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
Türkiyə Ermənistanla sərhədinə geniş miqyaslı hərbi qüvvə göndərməyə başlayıb.
Ovqat.com xəbər verir ki, Rusiyanın Avia.pro portalı bu barədə məlumat yayıb.
Bildirildiyinə görə, ötən gün Türkiyənin hərbi-nəqliyyat təyyarələri hərbçiləri, texnikaları və müxtəlif növ silahları kütləvi surətdə Ermənistanla sərhədlərə gətirib.
“Hərbi yerdəyişmələrin səbəbi bilinmir və Ankara bu faktı şərh etmir. Lakin mütəxəssislər fikirlərşirlər ki, Ankara İrəvanın düşünülməmiş hərəkətlərinə qarşı ordusunu istənilən ssenariyə hazır vəziyyətə gətirir. Ermənilərin təxribatçı hərəkətləri Türk ordusunun Ermənistana hücumuna səbəb ola bilər”,-deyə nəşr bildirir.
Bir sıra mənbələrin məlumatına istinadən hərbi qulluqçuların və texnikanın daşınmasının Airbus A400 hərbi nəqliyyat təyyarələri ilə həyata keçirildiyini vurğulayan Avia.pro-ya görə, sərhəddə konkret hansı silahların gətirildiyi məlum deyil.
Ermənistana gözlənilən hücumun Ankara tərəfindən başladılması ehtimalının zəif olduğunu düşünən portal bunu Rusiyanın KTMT çərçivəsində müqavimət göstərmək ehtimalı ilə əlaqələndirib.
Ovqat.com-un əlavəsi
Mümkündür ki, Ankara Ermənistandakı iğtişaşlardan narahatdır və hərbi müxalif qüvvələrin Türkiyəyə raket zərbəsi endirə biləcəyini istisna etmir. Bu isə Ermənistandakı vəziyyəti nəzarət altına almaq üçün Türkiyəni düşmən ölkəyə hərbi müdaxilə etmək məcburiyyətində qoya bilər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar