Xəbər lenti


“Amerika Azərbaycana silah, texnika və onlarla hərbçisini yardım üçün göndərib”.

Ovqat.com xəbər verir ki, bu iddianı Rusiyanın Avia.pro portalı irəli sürüb.

“Mənbələr Amerika hərbi kontingentinin və texnikasının Bakıya gətirilməsi barədə məlumat verirlər. Bir neçə saat əvvəl ABŞ ordusu ilə yanaşı, NATO-nun digər qüvvələrinin də yerləşdiyi Baqram (Əfqanıstan) hərbi aviabazasından Bakı ərazisinə An-124 hərbi nəqliyyat təyyarəsi uçub.
 
Mütəxəssislər istisna etmirlər ki, təyyarə ilə silah, texnika və çox güman ki, hətta təlimatçı rolunu yerinə yetirən Amerika hərbçiləri gətirilə bilər”-Avia.pro yazıb.

Portalın məlumatına görə, ABŞ əsgərləri ağır nəqliyyat təyyarəsi olan "An-124-100"-la Əfqanıstandakı “Baqram " koalisiya qüvvələrinin avia-bazasından Bakıya uçub və adətən burada təlim kursları keçirlər. Təyyarənin yükünün “məzmunu” isə məlum deyil.

@ovqatcom



Ana səhifəyə qayıt        Baxış: 6 329          Tarix: 15-10-2020, 20:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma