Xəbər lenti

 
Dağlıq Qarabağın ermənilərdə qalan hissəsinin şimal ucu Ağdərədən başlayıb, cənub ucu Xankəndidə bitir. Xankəndindən Ağdərəyə məsafə cəmi 48.5 kilometrdir. 


 


Dağlıq Qarabağın şərq ucu Xocavənddən Xankəndiyə avtomobil yolu isə cəmi 39 km-dir.
 
Üst-üstə gələndə Dağlıq Qarabağın ermənilərin nəzarətində qalan ümumi sahəsi 3,170 kv.km. olacaq.



Ermənistandan Dağlıq Qarabağa getmək üçün ermənilərə açdığımız Laçın koridorunun uzunluğu 50 km-dir. Eni isə 5 km. Qısası, 250 kv.km. ərazini  3,170 kv.km. əraziyə keçid yolu veririk. 

 

Əvvəla, o boy-buxun üçün bu saqqal uzun deyilmi? 
 
İkincisi, heç bir status olmayan Dağlıq Qarabağa verdiyimiz bu imtiyaz nə deməkdir?
 
Üçüncüsü, üçtərəfli razılaşmaya əsasən, bizim nəzarətimizdə qalan Laçından Şuşaya gedən yolu ermənilər istifadə edə bildiyi halda, bizim niyə belə bir hüququmuz yoxdur?
 
Dördüncüsü, 5 km. eni olan bu dəhliz faktiki Azərbaycanla xarici ölkə arasında sərhəd nöqtəsi olacaq. Oradakı gediş-gəliş Azərbaycan sərhədçiləri və gömrükçüləri tərəfindən necə nəzarətə alınacaq? Ümumiyyətlə bizim nəzarət imkanımız nəzərdə tutulubmu?  
 
Suallar sonsuza qədər uzana biləcək saydadır.


Ana səhifəyə qayıt        Baxış: 5 181          Tarix: 26-11-2020, 09:35      


Paylaş: