Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
“Dağlıq Qarabağın statusu danışıqlar prosesinin son mərhələsinin əsas gündəm maddəsi olaraq qalır”.
Ovqat.com xəbər verir ki, bu iddianı Ermənistanın sabiq Xarici İşlər naziri Edvard Nalbandyan irəli sürüb.
O qeyd edib ki, status məsələsi ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin xarici siyasət idarələrinin başçılarının bu yaxınlarda verdikləri bəyanatda xatırlanmasa da, Rusiya rəhbərliyinin bəyanatlarında məsələnin açıq qaldığı və gələcəkdə də nəzərdən keçirilə biləcəyi vurğulanıb.
Nalbandyanın fikrincə, həmsədrlərin Qarabağın ara və müvəqqəti statusunun müəyyənləşdirilməsinə dair danışıqları nə dərəcədə davam etdirmələri vacibdir. Bütün sənədlərdə ara statusun çox ciddi şəkildə qoyulduğunu bildirən sabiq nazir fikrini belə davam etdirib: “Danışıqlar dövründə müzakirə olunan bütün tənzimləmə sənədlərində Qarabağdakı müvəqqəti status dövründə bütün güc strukturlarının qurulması, hüquq-mühafizə qüvvələrinin yaradılması, xarici əlaqələr, xarici investisiyaların cəlbi və s. kimi məsələlər öz əksini tapacaq.
Keçmiş xarici işlər naziri həmçinin Rusiyanın “DQR” statusu məsələsini danışıqların gündəliyindən çaxardığına dair mülahizələri isə tamamilə səhv hesab edir. O, bütün danışıqlar prosesi boyunca həm son, həm də ara status məsələsinin həm iş sənədlərində, həm 2011-ci ilin iyun ayında Kazan görüşündən əvvəl, həm də ondan sonra mövcud olduğunu bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyev bu mövzuyla bağlı verdiyi bütün açıqlamalarda “status məsələsinin cəhənnəmə vasil olduğunu” vurğulamışdı. ATƏT həmsədrlərinin son rəsmi açıqlamalarında da status məsələsinin gündəmə gətirilməməsi İrəvanda ciddi təşviş yaratmışdı. Görünür, Nalbandyan da sözügedən nigaranlığı aradan qaldırmaq üçün belə açıqlama vermək məcburiyyəti hiss edib. Necə deyərlər, “ac toyuq yuxusunda darı görər”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar