Xəbər lenti
Bu gün, 19:19
Bu gün, 18:31
Bu gün, 17:29
Bu gün, 17:00
Bu gün, 12:20
Bu gün, 10:21
Dünən, 17:22
“Buraya gəlmək sizin ideyanız idi. Bunu bir daha kameralar qarşısında deyə bilərəm. Mən Minsk qrupunu səfərə dəvət etməmişəm”.
Ovqat.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dünən görüşdüyü ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə söhbətində bildirib.
İlham Əliyevin sözlərinə görə, həmsədrlərin görüşmək istəkləri barə ona çatdırılanda etiraz etməyib: “…dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var”.
Ölkə başçısı “çağırılmamış qonaqları”na bütün hər şeyə rəğmən, Azərbaycan müsafirpərvərliyinə yaraşan şəkildə öz iltifatını da əsirgəməyib. Əgər kamera qarşısında fikir söyləməkdən utanırlarsa, qapalı qapılar arxasında söhbəti davam etdirə biləcəyini onların diqqətinə çatdırıb: “Əgər siz bunu kamera qarşısında söyləmək istəyirsinizsə, buyurun. Əgər istəmirsinizsə, mən onlara deyim getsinlər. Necə istəsəniz. Buyurun, sizi dinləyirəm”.
Diplomatik davranış qaydalarına görə, “çağırılmamış qonaq” statusu “Persona Non Grata” elanına yaxın durum olduğundan, İlham Əliyevin bu sözləri həmsədrlərdə soyuq duş effekti yaradıb. Ən çox da 44 günlük savaş müddətində Ermənistanın mövqeyini açıq şəkildə müdafiə edən, müharibədən sonra isə Senatı tərəfindən qondarma “Artsax respublikası”nın “müstəqilliyini tanıyan Fransanın nümayəndəsi Stefan Viskontidə. O, İlham Əliyevi yaxşı başa düşdüyünü etiraf edərək, yanlış anlama nəticəsində Bakıya gəldiyini gizlətməyib: “Bakıda olmağımız, belə başa düşürəm ki, dəvət əsasında olub. Dəvət olmasaydı, mən gəlməzdim. Ola bilsin, bu missiyanın təşkilində, yazışmada qeyri-aydınlıq olub. Lakin mən bizi bu görüşdə qəbul etdiyinizə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Mən sözlərinizi lazımi qaydada Prezidentimə və hökumətimizə çatdıracağam. Sağ olun”,-fransalı həmsədr belə deyib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər