Xəbər lenti
Bu gün, 21:42
Bu gün, 19:19
Bu gün, 18:37
Bu gün, 17:30
Bu gün, 16:59
Bu gün, 15:15
Bu gün, 14:35
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Ermənistan prezidenti Armen Sarkisyan Qarabağın Hadrut bölgəsində baş verən atışma ilə bağlı açıqlama verərək, Ermənistan parlamentini təcili olaraq toplanmağa çağırıb.
Ovqat.com-un məlumatına görə, Sarkisyan hadisə ilə bağlı yaydığı bəyanatda bildirib ki, Azərbaycan ordusu 12 dekabrda Hadrutun Köhnə Tağlar kəndini artıq işğaldan azad edərək Çaylaqkəndə doğru irəliyəyib.
Ermənistan prezidentinin rəsmi saytında yerləşdirilən açıqlamada daha sonra bildirilir:
"Vəziyyəti nəzərə alan respublika prezidenti Müdafiə Nazirliyinə və Xarici İşlər Nazirliyinə müraciət edərək, “Artsax”dakı vəziyyəti dərhal cəmiyyətə çatdırmağı, habelə Ermənistan tərəfinin bu yaşayış məntəqələrini qorumaq və atəşkəs rejiminə əməl olunub-olunmaması barədə müzakirələr aparmağı təklif edib".
Rusiya Federasiyası Prezidentinin vasitəçiliyi ilə 9 Noyabrda əldə edilmiş atəşkəsi yüksək qiymətləndirən Armen Sarkisyan da xatırladıb ki, Ermənistan Ali Şurasının 8 iyul 1992-ci il tarixli qərarı ilə, Ermənistan Respublikası Dağlıq Qarabağ Respublikasına kömək etmək və əhalisinin hüquqlarını qorumaq məcburiyyətindədir.
Sarkisyanın bu bəyanatı açıq şəkildə Azərbaycana qarşı müharibə elan etməyə çağırışdır. Görünür, Ermənistan prezidenti parlamentini çətin sual qarşısında qoymaq niyyətindədir. Amma parlamentdə böyük əksəriyyət Baş nazir Nikol Paşinyanın nəzarətindədir və Ermənistanda Azərbaycanla müharibənin nə demək olduğunu ən yaxşı bilən də odur və bir də sentyabrda etdiyi səhvi təkrarlamaz.
Qeyd edək ki, Ermənistandakı Rusiyaya bağlı qüvvələr Dağlıq Qarabağdakı məğlubiyyətdən sonra erməni xalqının ayağa qalxıb Paşinyanı devirəcəyini güman edirdilər. İndiyədək keçirilən etiraz mitinqlərində isə Paşinyana qarşı meydana çıxarılan etirazçıların sayı çevriliş etmək üçün kritik həddə yaxınlaşmır. Görünür, erməni xalqını daha aktıv “üsyanı”a təşviq etmək üçün məğlubiyyətin həcmini artırmaq tələb olunur. Ermənistan prezidenti də Paşinyan hakimiyyətini bu sınaq qarşısında qoymaq istəyir.
Əslində Hadrut qəsəbəsinin iki kəndində atəşkəsi pozan erməni tərəfidir və bu, dünən rus “sülhməramlı”larının yaydığı məlumatdan da aydın görünürdü. Həmin kəndlər Azərbaycan ordusunun işğaldan xilas etdiyi yaşayış məntəqələri əhatə olunduğundan oradan çıxmaq istəməyən erməni könüllülərinin dünya ilə əlaqəsi kəsilmişdi. Üçtərəfli bəyanatdan sonra yaradılan atəşkəs rejimi nəticəsində Azərbaycan müharibəni dayandırmış və sözügedən kəndlərdəki “erməni iğalçıları” onları gözləyən son aqibətdən xilas olsalar da, bir növ, mühasirəyə düşmüşdülər. Görünür, getdikcə qida məhsulları tükənən və qış soyuğuna dayana bilməyən işğalçılar Azərbaycan mövqelərinə hücum etmək qərarına gəliblər. Sarkisyanın sözlərinə inansaq, bu axmaqlıqları nəticəsində həmin kəndlərdən biri artıq əsgərlərimiz tərəfindən azad edilib. Digəri isə yəqin ki, yaxın saatlarda eyni tale ilə üzləşəcək.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar