Xəbər lenti

 
"Qarabağ artıq dondurulmuş bir münaqişəni deyil, Haqqın batil üzərində qələbəsi nəticəsində qazanılan şanlı bir zəfəri ifadə edir”.
 
Ovqat.com xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan bu gün Ankaradakı çıxışında belə deyib.
 
Onun fikrincə, Dağlıq Qarabağın işğaldan azad olunması ilə Qafqazda yeni bir dövrün qapıları açılacaq: “Bundan sonra bölgədə münaqişə yerinə sülh, gərginlik əvəzinə əməkdaşlıq, düşmənçilik əvəzinə mehriban qonşuluq münasibətləri ilə yeni bir status-kvo qurulacaq".


Ana səhifəyə qayıt        Baxış: 3 912          Tarix: 14-12-2020, 21:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma