Xəbər lenti

   

“Hindistan nüvə başlığı daşıma gücünə malik Agni-V balistik raketini uğurla sınaqdan çıxarıb”.

Ovqat.com xəbər verir ki, bunu ölkənib Müdafiə naziri Nirmala Sitharaman açıqlayıb.

Məlumata görə, bu raketin vuruş mənzili 5 min km-dir. Bu isə Hindistana Çini və Rusiyanı vurmaq imkanı verir.

Müdafiə nazirinin nikbin açıqlamalarına baxmayaraq, yerli mətbuat raketin bütün sınaqlardan uğurla çıxdığının hələ bilinmədiyi qənaətindədir. Əgər sınaqdakı uğur təsdiqlənərsə, Hindistan dünyada uzunmənzilli balistik raketə malik 6-ci ölkə olacaq. İndiyə qədər isə ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniya kimi ölkələr bu özəlliklərini heç kimlə bölüşmək istəmirdilər.

Qeyd edək ki, balistik raketlər mənzillərinə görə 4 kateqoriyaya bölünür:

Yaxınmənzilli raketlər: 1000 km-ə qədər,

Ortamənzilli raketlər: 1000 km-dən 3000 km-ə qədər,

Uzunmənzilli raketlər: 3000 km-dən 5500 km-ə qədər,

Qitələrarası raketlər 5500 km-dən yuxarı.

Hindistan son raket sınağı ilə faktiki  olaraq qitələrarası raket mənzilinə yaxınlaşmış oldu.

Ölkə rəsmiləri son sınaqlarında potensial hədəfin Pakistan olduğunu bildirsələr də, bu arqument inandırıcı görünmür. Nədən ki, Hindistan indiyədək sahib olduğu ortamənzilli raket gücüylə Pakistanın istənilən nöqtəsinə zərbə endirə bilərdi. Onun öz potensialıyla razılaşmayıb uzunmənzilli raket istehsalına davam etməsi ağıllara Rusiya və Çinin hədəf kimi qarşıya qoyulduğu versiyasını gətirir. Hərbi mütəxəssislər də Hindistanın sahib olduğu qısamənzilli Prithvi, Dhanush, Angi raketlərinin Pakistana, uzunmənzilə sahib Agni-IV və Agni-V raketlərinin isə daha çox Çinə qarşı istehsal edildiyinə inanırlar.

Son zamanlar ABŞ-ın Çin və Rusiya təhlükəsinə qarşı Hindistandan istifadə etməyə çalışması da bu versiyanı qüvvətləndirir. Odur ki, Çinin və Rusiyanın bu sınağa necə reaksiya verəcəyi maraq doğurur.




Ana səhifəyə qayıt        Baxış: 971          Tarix: 18-01-2018, 13:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma