Xəbər lenti

 
Ukrayna Silahlı Qüvvələri ölkənin şərqində döyüş gücünü artırır, Donbass və Luqanski ilə geniş miqyaslı müharibəyə hazırlaşır
 
Ovqat.com xəbər verir ki, keçmiş Donbass milisinin üzvü Musa Umaxanov bu fikirdədir.
 
M.Umaxanov NewsFront YouTube kanalının efirində Ukrayna Silahlı Qüvvələrinin əvvəl olduğu kimi yenə də hiyləgər davranacağını söyləyib. Onun sözlərinə görə, Ukrayna Donbass respublikalarının mülki infrastrukturunu məhv etmək, zəiflətmək üçün artilleriya atəşinə hazırlaşıb. Veteran son bir ayda atəşin intensivliyinin əhəmiyyətli dərəcədə artdığını da iddia edib.
 
Umaxanovun fikrincə, Ukrayna ordusu NATO və İsrail təlimatçılarının fəal dəstəyindən istifadə edir və bu gedişlə genişmiqyaslı müharibə qaçılmaz olacaq: “Ukrayna Silahlı Qüvvələri Qərb kuratorlarından əmri aldığı anda döyüşə başlamağa hazırdır”.
 
Bununla belə, “Donbass könüllülərinin” də istənilən situasuyaya hazır olduqlarını vurğulayan Umaxanov deyib ki, milislər öz “ərazilərini” müdafiə etmək üçün döyüş bacarıqlarını artıraraq yüksək hazırlıq vəziyyətinə gətiriblər. Keçmiş milis Ukraynanın bu qarşıdurmada qalib gəlmək şansının olmadığına əmindir: “Çünki bölgənin bütün sakinləri son damla qanına qədər döyüşəcəklər”.





Ana səhifəyə qayıt        Baxış: 4 959          Tarix: 25-12-2020, 19:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma