Xəbər lenti
 

Ukrayna Prezidenti Vladimir Zelenski Yeni ili uşaqlarla keçirib.
 
Ovqat.com xəbər verir ki, Zelenski uşaqların əhatəsində və timsalında bütün Ukrayna xalqını təbrik edərək Yeni il arzularını dilə gətirib:
 
"Mən Kiyevdə Bankovada oturub (Prezident iqamətgahında) sülh barədə danışmaq istəmirəm. Donetskin Artem prospektində sülh müjdəsi vermək istəyirəm. Və “Krım – Ukraynadır” sözlərini internetdə yox, Yaltada çimərlik qumlarının üzərinə yazmaq arzusundayam”.
 
Ukrayna dilində etdiyi çıxışının son hissəsini rusca davam etdirən Zelenski Donetsk, Luqansk və Krım sakinlərinə saatlarını 1 saat geri çəkməyi məsləhət görüb:
 
"Mən bilirəm ki, Donetsk, Luqansk və Krım indi sözün bütün mənalarında başqa zamanda yaşayırlar. Və artıq demək olar ki, bir saatdır televiziyalar sizə Yeni ilə qədəm qoyduğunuzu bildirib. Və mən bilirəm ki, siz Yeni ili bizimlə birlikdə qeyd etmək üçün bir saatdır gözləyirsiniz. Bir ailə kimi, bir xalq kimi, bir ölkə kimi bu xoş anları yaşamaq üçün Donbass və Krım əhalisinə müraciət edirəm: saatınızı bir saat geri çəkin, bizimlə birlikdə olun”.
 
Qeyd edək ki, Ukrayna ilə Moskva vaxtı arasında bir saat fərq var. 2014-cü ildə Ukraynanın əraziləri olan Krım, Donetsk və Luqansk müstəqilliyini elan edib Rusiyanın cizgisinə keçəndə saatlarını da Moskva vaxtına uyğunlaşdırdılar. Zelenski də bu hadisəyə eyham vuraraq separatçılara “gəlin vaxtlarımızı eyniləşdirək” mesajı yollayıb.


Ana səhifəyə qayıt        Baxış: 5 053          Tarix: 1-01-2021, 14:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma