Xəbər lenti
Bu gün, 11:17
Bu gün, 10:06
Dünən, 23:30
Dünən, 20:37
Dünən, 17:30
Dünən, 16:26
Dünən, 15:30
Dünən, 12:00
Dünən, 11:30
Dünən, 11:17
Dünən, 06:02
6-11-2025, 23:12

Dünyanın ən mötəbər qrossmeysterlərinin iştirak etdiyi “ Champions Chess Tour” çərçivəsində keçirilən “Airthings Masters” onlayn şahmat turniri başa çatıb.
Ovqat.com-un məlumatına görə, həmyerlimiz Teymur Rəcəbov isveçli dünya çempionu Maqnus Karlsen, ABŞ təmsilçiləri Xikaru Nakamura, Uesli So, fransalı Maksim Vaşye-Laqrav, rusiyalı Yan Nepomnyaşiy, Daniil Dubov, hollandiyalı Aniş Qiri kimi görkəmli idmançıları geridə qoyaraq turnirin qalibi olub.

Həmyerlimiz turnirin final mərhələsində ermənistanlı qrossmeyster Levon Aronyanla üz-üzə gəlib. İlk görüşdə 2,5 – 1.5 hesabı ilə qalib gələn şahmatçımız ikinci qarşılaşmada da erməni idmançıya heç bir şans verməyib: 2 – 1. Teymur Rəcəbov yüksək hesabla qalib gəldiyi üçün axırıncı oyunu keçirməyə ehtiyac qalmayıb. 3-cü yerin sahibi Daniil Dubova qalib gələn Maksim Vaşye-Laqrav olub.
Turnirin mükafat fondu üçün ayrılan 200 000 ABŞ dollarının 60 000 dolları yarışın qalibi Teymur Rəcəbova çatacaq.
Ramil Əkbərov
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar




























