Xəbər lenti


Nail ƏLİYEV 
Şərşünas
Tarix üzrə fəlsəfə doktoru

“Ermənilər əsrlər boyu türklərlə yan-yana yaşamış və “dostanə” əlaqələr qursalar da, onlar içərilərindəki xəyanətlərini daim saxlamış və zamanı gəldikdə ortalığa çıxarmışlar.
 
I Dünya müharibəsində Türk orduları məğlub hala gətiriləndə onlar dərhal hərəkətə keçərək “buralar ermənilərə məxsusdur” deyə Türk torpaqlarına sahib çıxmaq üçün əllərindən gələnlərini əsirgəməmişlər... Müvəffəq olmadıqda soyqırım tədbirlərinə girişmişlər”.
Kənan Evren. Türkiyə prezidenti
 
 
Haşiyə: 1768-1764-cü illərdə Osmalı imperiyası fransız diplomatiyasının vədlərinə uyaraq Rusiya ilə müharibəyə başlamış və nəticədə məğlubiyyətə uğramışdır. Bu məğlubiyyətdən sonra gündəmə Osmanlı imperiyasının tam bölüşdürülməsi gətirildi... Rusiya İstanbulu ələ keçirmək, boğazlar üzərində tam nəzarət etmək iddialarını irəli sürdü. Avropa heç bir zaman Rusiyanın Aralıq dənizində super qüvvəyə çevrilməsi ilə razılaşa bilməzdi. Ermənilər Avropa və Rusiya arasında qalmışdı, hər ikisinə böyük ümidlər bəsləyirdi. Onu da unudurdular ki, həmin illərdə dünya diplomatiyası qarşısında ayrıca Şərq məsələsi durmurdu. Rusiya pravoslav ölkəsi olduğundan ermənilər daha çox onlara bel bağlamış, silahlı dəstələr yaradıb rus ordusunun tərkibində türklərə qarşı vuruşmuşlar.
 
“Dünyanın hər tərəfinə hər dil ilə elan olunsun. Dünya görsün ki, ermənilər beş yüz ildən bəri Osmanlı dövlətinin adil idarəsində mütləq şəkildə yaşamışlar”.
 
Manuk əfəndi, Hələb millət vəkili


 
Tarixi arayış:
 
Dövlət və hərbi qulluq məsələlərində hiyləgər, məkrli, çevik olan ermənilər uzun illər Türkiyənin Xarici İşlər Nazirliyində, Dövlət Xəzinədarlığında ən mühüm vəzifələr tutmuşlar. Ovanes, Akop Akopyan, Norandiksyan, Portokalyan müxtəlif illərdə Xarici İşlər naziri olmuşlar, onlarla erməni Türkiyənin bir sıra Avropa dövlətlərində səfir və konsul kimi təmsil etmişlər. Erməni tarixçisi Vartanyan haqlı olaraq qeyd edir ki, Osmanlı ermənisi, Rusiyalı ermənidən fərqli olaraq sərbəstdir, din, dil, ədəbiyyat ənənələrinə sadiqdir.
 
Osmanlı humanizmi haqqında deyilən bu misalların sayını arzu edilən qədər uzatmaq olar. Türkiyədə, sonralar Azərbaycanın şimalında, cənubunda və qərbində kütləvi qırğınlar törətmiş Andranik Osmanlı imperiyası ordusunda “paşa” rütbəsinə çatmış, sonralar Türkiyənin ərazisində qiyamlar, üsyanlar təşkil etmişdi. Yaşılyaylada, Ərzurumda dinc əhalini qılıncdan keçirmişdir.
 
Başqa bir misal, Karapet Hərtün Poçt, Telefon, Teleqraf naziri olmuşdur. Onlarla erməni 1908-1914-cü illərdə türk parlamentində millət vəkili kimi erməniləri təmsil etmişlər.


 
Şəkildə: Osmanlı ermənisi

“Ermənilərin bu davası özlərinə böyük zərər verə bilər. Ermənilərin azlıqda olduqları unudulmamalıdır. Buralarda onlar xalqın çox kiçik bir parçalarıdırlar. Bir erməni milləti yaratmaq üçün eyni intriqalar bu dəfə Anadoluda oynanılır”.
Şir H.Layert. İngiltərə böyük elçisi. 1897.
 
Soyqırımın həyata keçirilməsində, baş vermiş qırğınlarda əsas səbəkar ermənilərdir”.
 
V.M.Tverdoxlebov
 
Ərzurum Topçu Alayı komutanı Lord Kerzonun Böyük Britaniyanın Baş Naziri Avan Komarasinlə söhbətindən:
 
– Mənə belə deyirlər ki, siz erməniləri səkkiz yaşındakı pak, təmiz və məsum bir qız kimi zənn edirsiniz. Yanılırsınız. Zira, ermənilər özəlliklə son vəhşi davranışları ilə nə qədər qantökücü bir toplum olduqlarını artıq sübut etmişlər.
 
Tan” qəzetəsi (18 mart 1920)
 
1918-ci ilin martın birinci ongünlüyündə Türkiyənin Yaşılyayla kəndində, Ərzurum şəhərində ermənilərin törətdikləri vəhşətlər bir neçə gündən sonra S.Sankisyanın başçılığı ilə dövlət səviyyəsində mütəşəkkil şəkildə davam etdirilmişdir. Ssenarinin müəllifi Lenin olsa da onun baş rejissoru qatı millətçi S.Şaumyan idi. Bəli, Bakıda mart qırğının hazırlıq planları Moskvada cızılırdı-bunu Şaumyan, Stalin , Orconikidze , Mikoyan həyata keçirirdilər.
 
...Mikoyan , Martirosyan, Əmiryan, Lalayan, Korqanov və digər yanlar biləvasitə bolşevik hərbi dəstələrinə komissarlıq edirdilər. Komissar Martirasyanın rəhbərlik etdiyi Baki Sovetinin silahlı qüvvvəsinin özəyini əsasən ermənilər təşkil edirdilər. (Xocalı faciəsi zamanı aparılan hərbi əməliyyatın həyata keçirilməsində də Stepanakert şəhər və vilayət partiya komitəsinin rəhbərləri və digər qurum başçıları Rusiyanın 366-cı alayının hərbi yürüşündə fəal iştirakçı, səhra komandirləri kimi çıxış etmişlər –N.Ə.)


 
Qoca tarix də şahiddir ki, türklər qədər soyqırıma düçar olan millətlər dünyada yox dərəcəsindədir. Xalq şairi Sabiq Rüstəmxanlı “Göy tanrısı” əsərində yazır: “Yer üzündə türklər qədər haqsızlıq görən xalq yoxdur, türk xalqı qədər hücuma məruz qalan, unutdurulan, çapıb-talan edilən tarixdə yoxdur”. 
 
Dövlət səviyyəsində həyata keçirilən soyqırım və deportasiyaların yaşı əsrlərlə ölçülür. Və maraqlısı budur ki, hamısında bir imza var – xristian həmrəyliyinə söykənən erməni fitnəkarlığı və hiyləgərliyi.
 
Xaçpərəstlərin səlib yürüşündə iştirak etmiş damarlarında çox millətlərin qanını gəzdirən ermənilər sonrakı əsrlərdə də şıltaqlıqlarını, onun-bunun əlində əyləncə olaraq fitnəkarlıqlarını davam etdirmişlər.
 
Yaxın keçmişdən bir tarixi fakt – 1796-cı ildə qədim şəhərlərimizdən olan Dərbənd rus qəsbkarlarının əlinə keçir. Həmin anda erməni keşişi erməni millətinə müraciət edir: Nəhayət, Allah üzünü Qafqazda yaşayan xristianlara çevirmişdir. Birləşməliyik, elə birləşməliyik ki, ali baş komandan Zubov bizdən razı qalsın... Ona sədaqətimizlə biz Qafqazı müsəlmanlardan təmizləyə bilərik. Sayıq olun, ey mənim həmvətənlərim”.
 
Şərhə ehtiyac varmı? Məncə, yox. 


 
Hərbi ekspedisiyalardan sonra Qafqazda, eləcə də Azərbaycanın qərbində, şərqində xristian kəndləri peyda olmağa başladı və intensiv şekildə, özü də böyük təşviqlərlə inkişaf etməyə başladı. 1801-1806, 1813, 1828-ci illərdə silah gücünə imzalanan sazişlər bütün Qafqazın həyat tərzini pozdu. I Pyotrunyerli əhalini rədd edib onların torpaq və ərazilərinin xristianlar tərəfindən tutulmasını təmin edin” əmri həyata keçirilməyə başladı. Məhz bu sazişlər nəticəsində əhalinin demoqrafik tərkibi dəyişilir və Qafqazda erməni etnosa çevrilirdi. 18-ci əsrin sonlarında başlanmış deportasiyalar 1877-1878-ci illərdəki Balkan müharibəsində davam etdirilirdi. Rus ordusun tərkibində olan onlarla silahlı erməni dəstələri yerli türk əhaliyə qarşı xüsusi qəddarlığı ilə fərqlənirdi. XIX əsrin 90-ci illərində Samsunda, Zeytunda, Maraşda, Vanda erməni qiyamları, üsyanları baş verir və bunların qarşısı alınır, ertəsi gün dərhal Avropa mətbuatında türkün amansız portreti yaradılmağa başlayırdı.
 
I Rus inqilabı ərəfəsində, sonrakı illərində, I Dünya savaşında, 1917-1920-ci illərdə baş vermiş milli qırğınlarda da ermənilər baiskar rolunda çıxış etmişlər. Erməniləri ərazi iddiaları bütün bu illərdə həyata keçirilmişdir. “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər Sovet hakimiyyətinin ilk illərində Leninin, Kirovun, Çaparidzenin, Mikoyanın, onların xidmətində olan Azərbaycanlı kommunist rəsmilərinin xeyir-duası ilə Dərələyəzə, Zəngəzura, Vedibasara sahib oldular. AXC dövründə həbs edilmiş erməni daşnakçı lideri Kirovun, Mikoyanın, Ş.Kasparovun səyləri ilə əfv edilirlər və onlar istintaq, hüquq-mühafizə orqanlarında mühüm vəzifələri ələ keçirərək öz qara əməllərini sakitcə davam etdirirlər.


 
Uzun illər sovet tarixşünaslığında Şərqi Anadolu, erməni torpağı kimi təbliğ olunmuşdur. Ermənilər Naxçıvanı, Qarabağı özlərininki hesab etdikləri kimi, Şərqi Anadoluya da müştəri gözləri ilə baxırdılar. Bəd niyyətlərini həyata keçirmək üçün bütün üsullara əl atır, dünyada döymədiyi qapı qoymur, insana utanc gətirən naqisliklərdən, milləti dini ideologiya bayrağı naminə qırğına verməkdən belə çəkinmirdilər.
 
1896-cı ildə Tiflisdə Daşnak Komitəsinin qəbul etdiyi Bəyannamənin sonluğuna diqqət yetirin: “Biz öləcəyik, biz bunu bilirik!... sonuncu erməni sağ qalana qədər Sultan taxt-tacını qorxutmaqdan əl çəkməyəcəyik!...” Azərbaycanda türk soyqırımı-deportasiya siyasətinin iki əsrdən də çox tarixi var – bu hamının qəbul etdiyi bir həqiqətdir və onu ermənilər törətmişlər.
 
...Balkan müharibələri Osmanlı imperiyası üçün uğursuz oldu və bu, ilk növbədə Rusiyanın və onun fitvası ilə ayağa qalxmış serblərlə onlara qoşulmuş erməni silahlılarının uğuru idi. Lakin bu qələbə də erməni ümidlərini doğrultmadı. Serbiya knyazı İpsilantı Buxarestdən 1804-cü il aprelin 7-də İtalinskiyə (Konstantilopolda rus səfirinə-N.Ə.) yazırdı ki, “Serblər mənim təkidlərimlə Portaya bildirdilər ki, onlar öz arvadlarını, övladlarını, öz mövcudluqlarını qorumaq üçün silaha sarıldılar. Qanuni hökmdarlarına müraciət etməklə xahiş edirlər ki, zati aliləri sultanlıq onların müdafiə olunmasını təmin etsin”. (A.F.Miller. Mustafa paşa Bayraktar, SSRİ EA-nın nəşri, M-L, 1947, s.372). 
 
Serb rəhbərləri yaxşı bilirdilər ki, nə zamansa sultan hökuməti onlara qarşı çıxacaq. Rusiyaya ilk müraciətlərində onlar yazırdılar ki, “Serbiyanı türklərdən azad etdik, Belqradı da azad edəcəyik, bəs sonra, türk ordusu bizim üzərimizə yürüsə nə olacaq?
 
XIX əsrin sonlarında Türkiyənin Van və Ərzurum şəhərlərində Rusiyanın konsulu işləmiş general R.Mayevski “Ermənilərin törətdikləri kütləvi qırğınlar” kitabında dəhşətli səhnələr qələmə alınmışdır. Əsərdə Fransa rəsmilərinin ermənipərəstliyi tənqid olunmuş, onların erməni komitələrinə müvafiq təlimatlar verilməsi arzulanmaz hesab edilmişdir. ABŞ prezidenti V.Vilsonun 1918-ci ildə dediyi “biz Türkiyənin parçalanmasına heç də təəssüflənməməliyik” tezisini müdafiə edən İngiltərənin baş naziri L.Corc isə açıq-aşkar bəyan edir ki, onun ölkəsinin məqsədi ərazidə Ermənistan adda bir ölkə yaratmaq və ondan gələcəkdə istifadə etməkdir. Hələ 1914-cü ilin avqustunda Ərzurum görüşündə Daşnaklara muxtariyyət vəd edilmişdir. Qafqaz canişini Voronsov-Daşkovun şəxsi tapşırığı və məsləhətilə Daşnak liderləri bütün dünyada Türkiyəni təcavüzkar dövlət kimi tanıtdırmaq təbliğatını genişləndirməyə başladı. Məhz buna görə də 1914-cü ildə nəzərdə tutulan üsyan təxirə salınır. 1 ildən sonra isə Rusiyadan xəbərsiz mart-aprel ayında rus qoşunlarının hücumu başlanandan sonra ermənilər Van vilayətində üsyan qaldıraraq yerli əhalini gülləbaran edirlər. Buna cavab olaraq Türkiyə hökuməti cəbhə ətrafı vilayətlərindən ermənilərin Suriyaya kütləvi deportasiya edilməsi barədə qərar çıxarır və bu dərhal həyata keçirilir. Bu tədbir erməni tarixşünaslığına və ictimai fikrinə “genosid” kimi düşür


 
Erməni cəmiyyətinin liberal dairələri “Mşak”, “Baku”, “Van Tosp” qəzetlərinin səhifələrindən Daşnak partiyasının bu pozuculuq fəaliyyəti və hərəkətləri tənqid hədəfinə çevrilir. “Mşak” qəzetinin əməkdaşı D.Ananu erməni xalqına müraciət edərək onu siyasi sayıqlığa çağıraraq yazırdı: “Hər bir siyasi utopiya rədd edilməlidir. Rusiya erməniləri ürəklərindəki ərazi ehtiraslarını yaşatmamalıdır” (sitat “Baku” qəzetindən götürülüb, 1916, 21 oktyabr).
 
Lakin 1915-ci il Daşnaklar üçün ibrət dərsi olmadı. Həmin ilin yanvarında partiyanın Tiflis bürosu daha aqressiv çıxış edərək qərara alırlar ki, onlar Zaqafqaziyanın bütün sosialist partiyaları lə birlikdə inqilabi hərəkata qoşulacaqlar. Bunun ardınca Bakıda dünya ermənilərinə müraciət qəbul edilir: “Türkiyə xarabazarlığa çevrilməyincə arası kəsilməyən davamlı müharibə davam edəcəkdir. Yalnız o zaman biz dinc əmək, əqli dirçəliş yoluna qayıdacağıq”. (Keçmiş Sov.İKP MK Yanında marksizm-Leninizm institutunun azərbaycan filialının arxivi, f.296, siy.8, iş536, vər.8-9, 29).
 
1916-cı ildə rus ordusu Ərzurum, Trabzon, Ərzincan, Qars vilayətlərini işğal edir, işğalçı ordu ilə türk torpağına daxil olan erməni silahlıları ərazilərdə qırğın, qisasçı xarakterli qanlı tədbirlər həyata keçirməklə məşğul olurlar.
 
Erməni niyyətləri Türkiyədə puça çıxdığından 1917-ci ildə Rusiyada fevral inqilabı baş verməsindən sonra Daşnaklar diqqətlərini Cənubi Qafqaza yönəldirlər.
 
 
  • Haşiyə: 1-ci rus inqilabından sonra törədilmiş kütləvi xaotik hadisələrin əsas təşkilatçıları erməni daşnakçı liderləri barəsində Rusiyanın Bar naziri Stolıpinin tapşırığı ilə istintaq-cinayət işi açılır və nəticədə bir neçə qatı lider həbs edilir. Kerenski, kadet partiyasının lideri Milyukov, Qruzenberq ermənilərin vəkilləri kimi çıxış edirlər. Stolıpinə sui-qəsdindən sonra onların hamısı azadlığa buraxılır.
1917-ci ilin oktyabrında Tiflis şəhərində “Daşnaksütyun” partiyasının təşəbbüsü ilə keçirilən erməni milli qurultayında “Rus Ermənistanının” bütün Qafqazla birgə Rusiya Federativ Respublikasının tərkibinə daxil olması məqsədəuyğun bilinir və bu istiqamətdə mübarizə aparmaq qarşıya məqsəd qoyulur. Bakı, Gəncə, Tiflis və İrəvan quberniyalarında bir sıra soyqırım əməliyyatları həyata keçirilir, illər üstünə il gəldikcə bu daha şiddətlənir, yerli əhali çoxlu itkilərə, qırğına məruz qalır.
 
...Y.V.Çəmənzəminlinin “Qan içində”, Mirzə Adıgözəl bəyin “Qarabağnamə”, Mirzə Camalın “Qarabağ tarixi”, Əhməd bəy Cavanşirin “Qarabağ xanlığının tarixi” əsərlərində baş vermiş kütləvi qırğınlar bütün təfsilatları ilə göstərilir. Təəssüf ki, bu tarixi həqiqətlər uzun illər xalqımızdan gizlin saxlandığı halda, erməni alimləri, hətta Ermənistan KP MK katibləri həyasız niyyətlərindən əl çəkməyərək yüzlərlə “elmi əsərlər”, “məqalələr” yazaraq onları əcnəbi dillərə tərcümə etdirərək dünyaya yayırdılar. Erməni yazıçıları tarixçilərdən də irəli getmişlər. Kinorejissorlar da həmçinin.
Azərbaycanda isə ağzını açmaq istəyənlər susduruldu, cəzalandırıldı. Bu gün belə, XX əsrin vəhşətlərindən olan Xocalı soyqırımı öz sanballı sənədli və bədii həllini tapmayıb.
 
Müstəqillik əldə etdikdən sonra ölkə rəhbərliyinin tapşırıqları əsasında son 30 ildə tarixçilərimizin məhz bu soyqırımdan bəhs edən onlarla sanballı əsərləri dərc edilmişdir, əcnəbi dillərdə təbliğat işləri də aparılmaqdadır, ictimai-siyasi xadimlərin son aylardakı fəallıqları alqışlanmalıdır. 
 
Ali Baş Komandanın rəhbərliyi və müzəffər Azərbaycan ordusunun şücaəti nəticəsində davam edən 44 günlük Vətən müharibəsində əldə olunan qələbədən sonra bütün dünyaya Gəncə,Tərtər, Ağdam, Fizuli, Zəngilan, Cəbrayıl, Şuşa və digər bölgələrdə baş vermiş erməni vandalizmini dünya ictimaiyyətinə çatdırılması başlanılıb. 
 
Dövlət başcısının işğaldan azad edilmiş bölgələrə şəxsən ziyarət etməsi və talan edilmiş kəndləri, dağıdılmış məscid və tarixi abidələri nümayiş etdirməsini son günlər bütün KİV və sosial şəbəkələrdə görmək mümkündür. 


 Ağdam məscidi: Erməni işğalı altında olduğu zaman 

Erməni vandalizmi bütün düynyaya çatdırmaq məsqəsdilə Güney Qafqaz Seymi və Azərbaycan Milli Şurasının, eləcə də ADR Fövqəladə İstintaq Komissiyasının materialları əsasında silsiləli sənədli və bədii filmlər yaratmaq mümkündür və vacibdir. (“Molla Nəsrəddin” jurnalından çoxsaylı karrikaturadan, Türkiyədə buraxılmış rəsm əsərlərindən, elmi sənədlərdən istifadə etməklə) və bu işə dünyanın aparıcı sənət adamları da məmnuniyyətlə qatıla bilər. Hətta Hollivud ulduzları belə çəkiləcək tarixi filmlərdə məmnuniyyətlə çıxış edərlər.
 
Təklif edirəm: İlk növbədə ixtisaslaşmış beynəlxalq komissiya yaradılsın və buraya siyasi mənsubiyyətindən asılı olmayaraq tarixçi və filoloq alimlər, yaradıcı sənət adamları, o cümlədən Qərb dövlətlərindən məşhur mütəxəssislər cəlb olunsun.
 



Ana səhifəyə qayıt        Baxış: 6 643          Tarix: 8-01-2021, 19:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma