Xəbər lenti


Victoria Nulandın Dövlət Departamentinin siyasi məsələlər üzrə müavini vəzifəsinə təyin edilməsi, şübhəsiz ki, Ukrayna hakimiyyətini məmnun edəcəkdir. Eyni zamanda, bu, Co Biden administrasiyası dövründə Rusiya ilə ABŞ arasındakı münasibətlərdə əhəmiyyətli dərəcədə yaxşılaşma şansının az olduğuna dair Moskvaya verilən ən açıq siqnaldır
 
Ovqat.com xəbər verir ki, “National Interest” nəşrinin şərhçisi Mark Episkopos belə yazıb.
 
Müəllif xatırladıb ki, Nuland 2013-cü ilin sentyabrından 2017-ci ilin yanvarına qədər Obama administrasiyasında ABŞ Dövlət Departamentinin postsovet dövlətlərinə qarşı siyasətinə nəzarət edib: “Obamanın ikinci prezidentlik müddətinə təsadüf edən həmin təyinatdan cəmi bir il sonra - 2014-cü ildə Ukraynada çevriliş baş verdi və bu prosesin tənzimlənməsində Nuland da fəal rol oynamışdı.
 
O, Obamanın və indi Baydenin Rusiya və Ukrayna ilə bağlı siyasətinin güclü tərəfdarıdır və 2020-ci ilin yayında Dövlət Departamenti üçün yazdığı məqalədə ABŞ-ın növbəti prezidenti üçün Moskvaya münasibətlə bağlı bəzi tövsiyələrini qələmə almışdı. Məqalədə digər məsələlərlə yanaşı, Rusiyanın hərbi təcavüzlərinin qarşısının alınması üçün vahid qlobal cəbhənin formalaşdırılması, Rusiyanın dezinformasiya siyasəti ilə mübarizə üçün daha mükəmməl bir sıra tədbirlər, birbaşa rusiyalılara yönəlmiş gələcək sanksiyalar və ictimai diplomatiya tədbirləri kimi tövsiyələr də yer alırdı”.
 
Müəllif onu da vurğulayır ki, Nulandın bu təkliflərinin çoxu həm Baydenin özü, həm də yeni qurulmuş xarici siyasət komandasının üzvləri tərəfindən dəstəklənir”.


Ana səhifəyə qayıt        Baxış: 5 225          Tarix: 17-01-2021, 21:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma