Xəbər lenti

 
Albaniya, rusiyalı bir diplomatı antikoronavirus tədbirlərini pozduğuna görə “persona non grata” elan edib.
 
Ovqat.com-un məlumatına görə, diplomata ölkəni tərk etməsi üçün 72 saat vaxt verilib
 
“RİA Novosti” bildirir ki, Albaniya XİN-dən Rusiyanın Tirandakı səfiri Mixail Afanasyevlə əlaqə saxladıqlarını, Rusiya səfirliyinin diplomatlarının koronavirusa qarşı mübarizə tədbirlərini davamlı pozduqlarından narahatlıq ifadə olunub.
 
"Təəssüf ki, vədlərin əksinə olaraq, diplomat görülən tədbirləri pozmaqda davam edib... Albaniya Hökuməti diplomat Aleksey Krivoşeyevin rəsmi məlumat verildiyi andan etibarən 72 saat ərzində ölkəni tərk etmək öhdəliyi olan “persona non qrata” elan edilməsi barədə qərar qəbul edib", - deyə Albaniya XİN-in Rusiya səfirliyinə göndərdiyi məlumatda bildirilir.
 
Rusiya XİN-də bu qərarı qeyri-dost və təxribatçı addım adlandırıb.
 
Qeyd edək ki, rus diplomatlarının ölkələrdən qovulması ilk hal deyil. Bir sıra Qərb dövlətləri müxtəlif səbəblərdən rus diplomatları bu cür cəzalandırırlar.
 


Ana səhifəyə qayıt        Baxış: 5 004          Tarix: 22-01-2021, 01:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma