Xəbər lenti

 
“Sergey Lavrovun Rusiya sülhməramlılarına beynəlxalq status verilməsi barədə fikirləri heç bir hüquqa və beynəlxalq təcrübəyə əsaslanmır”.
 
Ovqat.com-a açıqlamasında iqtisadçı ekspert Elçin Qurbanov belə deyib.
 
Onun sözlərinə görə, ümumiyyətlə Rusiyanın Cənubi Qafqazda hərbi dislokasiyasının siyasi məqsədlər güddüyü bütün dünya dövlətləri və beynəlxalq ictimayət  üçün aydındır: “Zəngəzur ərazisindən Naxçıvana nəqliyyat dəhlizinin açılması kimi tələm tələsik razılıq isə  regiona soxulmaqla Türkiyəni qabaqlamaq niyyətindən başqa bir şey deyil. Xüsusilə də dəhlizin Rusiya hərbçilərinin nəzarətində olacağı, məsələni bütün çılpaqlığı ilə gözlər önünə sərir”. 
 
Bunu Azərbaycan üçün qismən qaneedici sayan Elçin Qurbanovun fikrincə, “Rusiya Azərbaycanda yoxkən həm də rəsmən Azərbaycan ərazisindədir”, üçüncü ölkəni burada görməmək üçün Azərbaycanın maraqlarına uyğun da hərəkət etməlidir: “Lakin rəsmi Moskva imperialist ampluasından çıxmamaqla, güc və aqressivlik göstərməklə  tezliklə öz iqtisadiyyatını çökdürməyə doğru irəliləyir. Artıq dünya Rusiya ərköyünlüyünü qəbul etmək istəmir. Kobud desək, dünyada Rusiyanın dostu yoxdur. Bu da rəsmi Moskvanın yarıtmaz xarici siyasətinin nəticəsidir”. 
 
O ki qaldı  Qarabağda Rusiya sülhməramlılarının fəaliyyətinə, ekspertin fikrincə, ümumiyyətlə yerli və beynəlxalq təcrübədə iştər iqtisadi , istər sə də başqa sahələrdə qarşılıqlı asılı (maraqlı) şəxslərin heç vaxt nəzarət tədbirləri və  neytrallaşdırıcı fəaliyyəti qanuni sayıla  bilməz: “Belə hallar yol verilməzdir. Ona görə də diskriminasiya gözləntiləri və riskləri təbii olaraq yüksəkdir. Rusiya Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT)  müttəfiqdir. Münaqişə tərəflərdən hər hansı birinin hərbi müttəfiqləri sülhməramlı missiyanı həyata keçirə bilməz. Bu müdaxilə sayıla bilər. Əgər obyektiv səbəblərdən belə bir hal baş vermişdirsə, buna münaqişə tərəflərinin birlikdə razılığı hökmən olmalıdır ( necə ki var) və belə missiya beynəlxalq sülhməramlı missiya kimi status ala bilməz.  Ona görə də missiyanın beynəlxalq hüquqla tənzimlənməsi mümkün deyil. İstənilən fövqəladi şəraitdə buradakı sülhməramlı hərbi qüvvələr beynəlxalq təşkilatların ali orqanlarının qərarları ilə deyil,  Rusiya prezidentinin tapşırıqları üzrə hərəkət edəcək. Hərbi əməliyyatların keçirilib-keçirilməyəcəyi barədə səlahiyyətlərin verilməsinə gəlincə , qeyd etməliyəm ki,  üçtərəfli razılaşmada (kapitulyasiya Aktında) bu məsələ əksini tapmır. Bütün yuxarıdakıları nəzərə alaraq deyə bilərəm ki,  Rusiya sülhməramları heç bir beynəlxalq statusa malik ola bilməz. Onların ərazidən çıxarılmasına gəlincə , hətta BMT-nin də , ATƏT-in də sülhməramlılarının regiondan çıxarılması sülh şəraitində münaqişə tərəflərinin tələbi ilə tezləşdirilə bilrər”.
 
Qeyd edək ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bir neçə gün öncə Qarabağdakı rus sülhməramlılarının mandatı məsələsinin Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşdırılmasının vacibliyini gündəmə gətirmişdi. Eyni məsələ yanvarın 11-də Moskvada keçirilən 3-tərəfli görüşdə Rusiya prezidenti Putin tərəfindən də gündəliyə salınsa da, danışıqların nəticəsi kimi açıqlanan bəyanatda yalnız tərəflər arasındakı kommunikasiya xətlərinin açılması öz əksini tapmışdı. Digər məsələlər kimi, Qarabağla yanaşı rus sülhməramlılarının statusu müzakirə predmeti olmamışdı. Üzərindən bir müddət keçəndən sonra Lavrovun bu məsələni gündəmə gətirməsi də Azərbaycan Prezidentinin həmin təklifi yaxına buraxmamasından xəbər verir. Zira, Putinin bu təklifi Ermənistanı Qarabağ üzərində tərəf-müqabili edir ki, bu da İrəvanın maraqlarına uyğun olduğundan Paşinyanın ona etirazını bildirməsi qətiyyən məntiqli görünmür.
 


Ana səhifəyə qayıt        Baxış: 6 050          Tarix: 25-01-2021, 21:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma