“Mərkəzi bankın uçot dərəcəsini endirməsi Prezidentin banklar qarşısında qoyduğu real sektora kreditlərin ayrılması barədə tapşırığından qaynaqlanır”.
İqtisadçı ekspert Elçin Qurbanov Ovqat.com-a açıqlamasında belə deyib.
Onun sözlərinə görə, biznes kreditləri istehlak kreditlərindən daha az faiz dərəcəsi ilə verilməlidir ki, sahibkarlığın inkişafında bank xidmətləri əhəmiyyətli rolu ola bilsin. Bununla belə, onun fikrincə, AMB uçot dərəcəsində o qədər də ciddi dəyişikliyiə getməyib: “Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7,5%-dən 7,25%-ə endirilməsi haqqında qərar qəbul edib.
“Bu isə, düşündüyünüz dərəcədə də yüksək ğöstərici deyil. Faiz dəhlizinin aşağı həddinin müvafiq koordinat müstəvisi üzərindəki 5,5%, yuxarı həddi isə 9% (uçot dərəcəsinə 1,75%-lik simmetrik diapazonda) səviyyəsi kəskin tərəddüdlərin olmadığı kimi anlaşılır. Bundan sonra MB tərəfindən banklarda likvidliyin artırılması məqsədilə diskond dəhlizinin optimallaşdırılmasında da sıçrayış olacaq”.
Bəs, uçot dərəcəsindəki bu azalma inflyasiya, devalivasiya kimi problemlərə yol aça bilərmi? Elçin Qurbanov bu ehtimalı istisna etmir: “İstənilən halda bu prosses inflyasiyaya təsirsiz ötüşməyəcək. Belə hallarda “yığıma son meyllilik” (YSM) səviyyəsi azalır, pulun saxlama xərcləri artır, dövriyyə aktivliyinin artırılması stimullaşır . O ki qaldı devalvasya məsələsinə, ciddi problem olmamalıdır. Amma bununla yanaşı yerli istehsalı gücləndirmək , idxaldan asılılığı kəskin şəkildə azaltmaq lazımdır. Kredit siyasətinin əsas məqsədi də bu olmalıdır”.
Qeyd edək ki, bu gün AMB-nin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında uçot dərəcələrini azaltdıqlarını bildirmişdi. Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi 5,5%, yuxarı həddi isə 9% (uçot dərəcəsinə ±1,75%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib. Qərar bu gündən qüvvəyə minir və AMB rəhbərliyi faiz dəhlizinin parametrlərinə növbəti dəfə martın 19-da baxacaq.
Paylaş: