Xəbər lenti

 
Ötən gün “Baku Steel Company”nin qolları qandallanan rəhbəri Rasim Məmmədovun həbsilə bağlı bəzi mətləblər aydın olub.
 
Ovqat.com-un məlumatına görə, 5-ci kolonun rəhbəri Ramiz Mehdiyevin "qara kassası” kimi tanınan Rasim Məmmədov DTX-nın “qaramaska”lıları tərəfindən həbs olunub.
 
Rasim Məmmədovun “Baku Steel Company”nin fəaliyyətində ciddi yeyintilərə, maliyyə fırıldaqlarına yol verdiyi, dövlət orqanlarındakı yaxınlarının xidmətindən faydalanaraq inhisarçılıqla məşğul olduğu, ölkənin ağır metallurgiya sahəsini tamamilə çökdürdüyü iddia olunur. Ona bu işdə ən ciddi dəstəyi verənlərin isə el arasında “boz kardinal” ləqəbilə tanınan Ramiz Mehdiyev və onun oğlu, Fövqəladə Hallar nazirinin müavini, general-mayor Teymur Mehdiyev olduğu vurğulanır. 
 
İddialara inansaq, istintaqın gedişi nəticəsində Rasim Məmmədovun hamiləri də məsuliyyətə cəlb oluna bilərlər.
 
Qeyd edək ki, Ovqat.com-un Baş redaktoru Heydər Oğuz hələ bir neçə il əvvəl Rasim Məmmədovun qara metallurgiya sahəsindəki dağıdıcı fəaliyyəti ilə bağlı silsilə yazılar yazmışdı. Həmin məqalələr yenidən dərcə hazırlanır.


Ana səhifəyə qayıt        Baxış: 6 566          Tarix: 29-01-2021, 14:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma