“Baku Steel Company” ASC Müşahidə Şurasının sədri Rasim Məmmədov hakim dairələrdəki etibarını itirib və vurulacağı günü gözləyir.
“Hürriyyət”-in etibarlı qaynaqlarından əldə etdiyi məlumata görə, “polad iradə”nin gözdən düşməsinin səbəbi qara metallurgiya sahəsində son zamanlar ortaya çıxan qara işlərlə bağlıdır.
İddia edilir ki, ölkədə dəmir malları istehsalı sahəsində qarşısına çıxan bütün rəqiblərini qurşaqdan aşağı zərbələrlə bərtərəf edən Rasim Məmmədov dəmir bazarında təkbaşına qalmasına baxmayaraq, ona bəslənən ümidləri doğrulda bilməyib. Ciddi siyasi dəstəyinə rəğmən, onun istehsal etdiyi dəmir malları hətta daxili bazarda belə, qonşu dövlətlərdəki rəqiblərinə uduzur. Azərbaycan siyasi dairələri eyni adlı ixrac mallarına yüksək gömrük rüsumları tətbiq etsələr də, yerli mallar onlarla rəqabətə dayana bilməyiblər. Nəticədə Rasim Məmmədovun nazıyla çox oynanıldığını anlayan rəsmilər onun fəaliyyətini yoxlamağa qərar veriblər. Yoxlamalar nəticəsində “dəmir iradə”nin fəaliyyətində bir sıra nöqsanlar aşkarlanıb. Rasim Məmmədova bu nöqsanların səbəbinə aydınlıq gətirməsi üçün möhlət verildiyi bildirilir.
Paylaş: