Xəbər lenti
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
“İran həftələr ərzində nüvə silahı hazırlaya bilər”
“İran nüvə proqramı ilə bağlı 2015-ci ildə imzalanan müqavilə çərçivəsində məhdudiyyətlərin ləğvinə davam edərsə, nüvə silahları üçün lazım olan uranı həftələr içində zənginləşdirə biləcək”.
Ovqat.com xəbər verir ki, ABŞ-ın yeni dövlət katibi Antoni Blinken dünən NBC televiziyasına verdiyi müsahibədə bu iddiaları səsləndirib.
Onun sözlərinə görə, İran 2015-ci ildə imzalanmış 5+1 (Birgə Hərtərəfli Fəaliyyət Planı (OKEP)) sazişin şərtlərini yerinə yetirəcəyi təqdirdə ABŞ yenidən həmin sənədə qayıda bilər.
Blinkenin sözlərindən anlaşılıb ki, ABŞ İran qarşısında sazişdə nəzərdə tutulmayan əlavə şərtlər də irəli sürəcək. “İran ABŞ və müttəfiqləri ilə nüvə mövzusundan başqa bir neçə məsələni əhatə edəcək hərtərəfli, güclü və uzunmüddətli bir razılaşma üçün masaya oturmalıdır”, - dövlət katibi belə deyib.
Blinken müsahibəsində Rusiyada keçirilən Navalnı aksiyasına da münasibət bildirib. Rusiyanın ölkədəki etirazlarla bağlı ABŞ-ı ittiham etməsinə cavab verən dövlət katibi vurğulayıb ki, "Rusiya hökuməti bu məsələnin ABŞ-la əlaqəsi olduğunu düşünürsə, böyük səhv edir. Bu mövzu bizimlə yox, Rusiyanın özü ilə əlaqədardır. Söhbət Rusiya hökumətindən gedir. Söhbət rus xalqının korrupsiya və avtokratiyadan narahatlığından gedir”.
Blinken, Birləşmiş Ştatların Aleksey Navalnının ölkəyə qayıdarkən tutulması, Kremlin ABŞ seçkilərinə müdaxilə cəhdi, Solar Winds (Günəş Küləkləri) kiber hücumundakı rolu, ABŞ-ın Əfqanıstandakı əsgərlərinin başına pul qoyması kimi bir çox addımı nəzərdən keçirdiyini bildirib. Dövlət katibi onu da vurğulayıb ki, lazım gəlsə, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq olunacaq.
ABŞ Prezidenti Cozef Bayden administrasiyasının Səudiyyə Ərəbistanı ilə münasibətləri də nəzərdən keçirdiyini bildirən Blinken Vaşinqton ilə Riyad arasındakı mövcud münasibətlərin ABŞ maraqları və dəyərləri ilə uyğun olub-olmadığını araşdıracaqlarını da gizlətməyib.
Jurnalist Cemal Qaşıqçının 2018-ci ildə Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülməsini "ABŞ-a sığınan bir jurnalistə və vətəndaşa qarşı qəbuledilməz bir hərəkət" olaraq xarakterizə edən Blinken, bununla belə, CIA və digər ABŞ səlahiyyətlilərini bu cinayəti törətmək əmri verməkdə günahlandırdıqları vəliəhd Məhəmməd Bin Salman barəsində hələlik hər hansı fikir söyləmək istəməyib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar