Xəbər lenti

 
Bu gün saat 05:00 radələrində Ermənistan Silahlı Qüvvələri Qazax rayonunun işğal altında olan Aşağı Əskipara kəndi ərazisində atəşkəs pozub.
 
Ovqat.com Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, erməni hərbi birləşmələri işğal altındakı kənd ərazisindən Azərbaycan sərhəd qoşunlarının mövqelərinə pulemyotdan 20 dəfə atəş açıblar.
 
Qeyd edək ki, üçtərəfli Moskva danışıqlarında Qazax rayonunun işğal altındakı 7 kəndinin də Azərbaycana qaytarılması barədə razılığa gəlinmişdi. Aşağı Əskipara da həmin kəndlər arasındadır. Digər kəndlər isə bunlardır: Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara və Xeyrimli. 
 
Ermənilər imzaladıqları kapitulyasiya aktının tələblərini yerinə yetirmək əvəzinə, işğal altındakı kəndlərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutmaları ilə Ordumuzu yenidən hərbi əməliyyatlara başlamağa vadar edirlər.
 
 


Ana səhifəyə qayıt        Baxış: 5 996          Tarix: 2-02-2021, 10:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma