Xəbər lenti
Bu gün, 22:23
Bu gün, 21:06
Bu gün, 19:02
Bu gün, 17:29
Bu gün, 15:28
Bu gün, 14:15
Bu gün, 10:20
Bu gün, 09:35
Dünən, 23:09
Dünən, 22:48
Dünən, 21:50
Dünən, 17:30
Dünən, 16:18
HABERTÜRK, Türkiyə 05.02.2021 Müəllif: Prof. Dr. Kürşad Zorlu Millətləri gələcəyə aparan iki vacib həqiqət var. Birincisi əlbəttə ki, millət olmaq şuuru, birlikdə yaşamaq iradəsidir. İkincisi hissləri, ümidləri ayaq üstə saxlayan ideallarıdır. Türk millətinin gələcəyində türk dünyasının əvəzsiz var. Bu iş uzun illər yarımçıq qalsa da, son illərdə bu həqiqət bir daha ortaya çıxıb. Bu anlayışın reallaşmasında mühüm amillərdən biri, şübhəsiz ki, Qarabağ savaşında qazanılmış qələbədir. İllər boyu Qarabağın yalnız Azərbaycan üçün deyil, bütünlükdə türk dünyası üçün dönüş nöqtəsi olacağını deyənlərdənəm. Nəhayət, istər iqtisadi, istər siyasi, istərsə də mədəni münasibətlər kontekstində ciddi fürsət yaranıb. Vəziyyər yaxşı idarə olunarsa, 90-cı illərin sıçrayış potensialına yenidən nail olmaq mümkündür. Ancaq bu mübarizənin məntiqi nəticəyə çatması üçün təhsil və mədəniyyət sahələrində davamlı fəaliyyət göstərilməlidir. Bəlkə də daha sürətli! Bu baxımdan MHP sədri Dövlət Bağçalının Şuşa şəhərində böyük məktəb inşa etmək təşəbbüsü çox əhəmiyyətlidir və çox böyük məqsədə xidmət edir. Unutmayaq ki, bu idealların qulaqardına vurulduğu günlərdə belə, ülkücü – millətçi hərəkat “Qarabağ” deyib, “Şuşa” deyib! Hələ mərhum Alparslan Türkeş mitinqlərdən birində “erməni quldurlar Azərbaycanın sahibsiz olduğunu zənn edir. Heç nə olmasa da, buradan Qafqaz dağlarını aşar, başlarının üzərini kəsərik” deyirdi. O zaman meydandan yüksələn “Əmr et, axşam namazını orda qılaq!” deyə hayqıran vətəndaşlarımızı xatırlamaq yerinə düşər. Şuşa bu regionda həqiqətən böyük əhəmiyyətə malikdir. Mərkəzi məhz Şuşa olan Qarabağın bütünləşdirici təsiri yaxın gələcəkdə Azərbaycan-Türkiyə münasibətlərilə yanaşı, Qafqazda, Xəzər hövzəsində müəyyən prosəslərə də təkan verəcək. Azərbaycan prezidenti İlham Əliyevin Şuşaya son dərəcə böyük önəm verməsi də buradan qaynaqlanır. O, ötən ay Türk Şurası ilə heyətlərarası görüşdə Şuşanı ölkəsinin “mədəniyyət paytaxtı” elan etdiyini demişdi. Bununla yanaşı, Əliyev Şuşanın yalnız Azərbaycanın deyil, bütün regionun mədəniyyət paytaxtı ola biləcəyini düşünür. Bu konteksdə Türk Şurası tərəfindən Şuşanın 2022-ci ildə türk dünyasında mədəniyyət paytaxtı elən edilməsi təklif olunub. Bu, orada onlarla beynəlxalq tədbirin keçirilməsi, şəhərə on minlərlə insanın axışması deməkdir. Ermənistan Elmlər Akademiyasının tələsik bəyanatı təsadüf deyildi. O, ABŞ, Rusiya və Fransadan UNESCO-ya müraciət etmələrini, Azərbaycanın Şuşa ilə bağlı addımlarının qarşısını almalarını tələb edir. Halbuki, ermənilərin Qarabağda, o cümlədən Şuşada törətdikləri vandalizmin üzə çıxarılması üçün Azərbaycan özü UNESCO-ya müraciət edib. (Türk dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Video
Ən çox oxunanlar