Xəbər lenti


Əl-Hərir, Əlcəzair
23.02.2021


Müəllif: Marina Sudah
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkəsinin azad olunmuş ərazilərində bütün dinlərə məxsus mədəni irsin bərpa edilməsinin zəruriliyi barədə bəyanatı dünyada müsbət reaksiya doğurubmüxtəlif səmavi dinlərin nümayəndələri tərəfindən ehtiramla qarşılanıb.

Dinlərlə, onların ülvi dəyərləri ilə maraqlandığım üçün qeyd etməliyəm ki, əziz və qiymətli vətənimiz İordaniyada da müsəlmanlar və xristianlar bayramlarını birlikdə, sülh və əmin-amanlıq şəraitində keçirirlər. Bu tolerantlığı bizə Allah bəxş edib. Eyni zamanda, əlahəzrət kralımız II Abdullah və Haşimilər sülaləsi cəmiyyətimizdə tolerantlığın dərinləşməsinə çalışır. Haşimi sülaləsinin tarixi prioriteti kimi ölkə rəhbərliyinin əsas vəzifəsi Qüdsdəki müqəddəs məkanların himayəsi, Fələstində və İordaniya Haşimilər Krallığında tolerantlığın dərinləşdirilməsidir.

Mehriban xanım Əliyeva da qeyd edir ki, hazırda ölkəsi qarşısında həm də əhəmiyyətli, mənəvi məramlı nəhəng vəzifələr dayanır. O bildirir ki, bu vəzifə azad olunmuş ərazilərin canlandırılması, işğalçılar tərəfindən məhv edilməmək üçün öz torpaqlarını tərk etmək məcburiyyətində qalmış azərbaycanlıların doğma yurdlarına təhlükəsiz qayıdışının təminidir. Mehriban Əliyeva hesab edir ki, əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan bu işin öhdəsindən gələcək.

“Biz dağıdılmış şəhərləri və kəndləri bərpa edəcəyik, orada məktəblər tikəcəyik. Biz yalnız müsəlmanlara deyil, bütün dinlərə məxsus mədəni irsi bərpa edəcəyik”, - deyə Mehriban Əliyeva qeyd edib.

Mehriban xanım Əliyevanın ortaya qoyduğu bu mövqeyə bəzi dünya dövlətlərindəki söz sahiblərində rast gəlinmir. Çünki onlar maddiyyatı mənəviyyatdan üstün tutdurlar.

Azərbaycanın Birinci vitse-prezidenti bu barədə ICESCO tərəfindən elan olunmuş “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə videokonfrans formatında keçirilmiş tədbirdə danışıb. Tədbirə ICESCO-nun Baş direktoru dr. Salim bin Məhəmməd əl-Malik moderatorluq edib.

Mehriban Əliyeva bildirib ki, 30 ildən çox davam etmiş işğal zamanı zərər görmüş mədəni irs abidələrinin vəziyyətinin qiymətləndirilməsində ICESCO Azərbaycan hökuməti ilə birgə çalışmağa hazır olduğunu bildirib. Xanım Əliyeva qeyd edib ki, ICESCO Azərbaycanda regional nümayəndəliyini təsis etmək imkanını da nəzərdən keçirir. Nümayəndəlik digər sahələrlə yanaşı, qadınlar və qızların elmdə rolunun artırılmasına konkret diqqət yetirməklə, elm sahəsində əməkdaşlığı gücləndirə bilər.

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, vətən torpağının bütövlüyünün təmin edilməsi ICESCO-nu Bakı ilə əməkdaşlığı genişləndirməyə ilhamlandırıb. Təşkilat geniş beynəlxalq mədəni və əxlaqi faydaları olacaq fəaliyyətini artırmaq istiqamətində addımlar atır. Heç bir şübhə yoxdur ki, bu fəaliyyətin faydaları növbəti illərə, yeni nəsillərə də çatacaq. Bu, bəşəriyyətin xeyrinə olan nümunəvi işlərdir.

Dini irsin, məkanların qorunması əxlaqi vəzifədir, sivilizasiyanın işidir. Aqil insan, eləcə də siyasi sistemlər beynəlxalq və yerli müstəvilərdə, həmçinin humanitar baxımdan bunun rolunu yaxşı dərk edirlər. Buna görə də müxtəlif dinlərin nümayəndələri bəşəriyyətdə sülhün möhkəmlənməsi, insanlara qarşı zorakılığın qarşısının alınması, dini etiqad azadlığı, xalqalar arasında tam bərabərliyin təmin edilməsi, qarşılıqlı mənfəətə əsaslanan əlaqələrin dərinləşməsi üçün səyləri birləşdirməlidir.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: Əl-Hərir



Ana səhifəyə qayıt        Baxış: 3 417          Tarix: 23-02-2021, 13:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma