Xəbər lenti

 
Birinci Vitse-Prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
 
Ovqat.com xəbər verir ki, o, təbrik mesajı özünün İnstagram səhifəsində paylaşılıb. 
 
“Əziz həmvətənlər!
 
Novruz bayramı münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, gözəl əhval-ruhiyyə, bol sevincli və xoşbəxt anlar arzulayıram. Təbriklərə və xoş arzulara görə hər kəsə minnətdaram. Sevginizə, səmimiyyətinizə, etimadınıza, hörmət və diqqətinizə görə çox sağ olun! Qoy təbiətin oyanması və yenilənməsinin rəmzi olan bu bayram hər birinizin ocağına sağlıq, qarşılıqlı anlaşma və əmin-amanlıq gətirsin! Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin, onların doğma və yaxınlarına səbir versin.Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin!
 
Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN”
 
Mehriban xanım bu mesajla yanaşı, çox manidar bir məlumatı da izləyicilərinin diqqətinə çatdırıb. Söhbət prezident İlham Əliyevin Novruz tonqalını harada yandırmasından gedir.
 
Xanımın paylaşdığı video-görüntüdən aydın olur ki, ölkə başçısı Novruz tonqalını Dağlıq Qarabağın rəmzi şəhərlərindən olan Şuşada qalayıb.




Ana səhifəyə qayıt        Baxış: 5 090          Tarix: 20-03-2021, 09:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma