Xəbər lenti



 

Böyük Britaniya Fars körfəzində İrandan Yəmənə müasir silahlar daşıdığını iddia etdiyi İran gəmisini ələ keçirib.

 

Ovqat.com-un məlumatına görə, Böyük Britaniya donanmasına aid “HMS Montrose” adlı döyüş gəmisinin İrandan yola düşən silahlı katerlərin qarşısını kəsdiyi və qayıqların BMT Təhlükəsizlik Şurasının sanksiyalarını pozan silahlar daşıdığı bildirilir.

 

İngiltərə Müdafiə Nazirliyindən verilən açıqlamada basqının yanvar və fevral aylarında həyata keçirildiyi, ələ keçirilən silahlar arasında yer-hava tipli raketlər və qanadlı raketlərdə istifadə olunacaq mühərriklərin də olduğu qeyd olunur.

 

İran Xarici İşlər Nazirliyi Böyük Britaniyanın bəyanatlarını təkzib edib.

 

İrandan verilən açıqlamada İngiltərənin bölgədəki müharibənin bir parçası olan Səudiyyə Ərəbistanına silah satdığı və bu cür ittihamlar irəli sürməyə haqqı olmadığı bildirilib.

 

İranın Yəməndə döyüşən husilərə qabaqcıl silah sistemləri göndərdiyi məlumdur. İngiltərə müharibənin digər tərəfi olan Səudiyyə Ərəbistanına da silah satır.

 

Səudiyyə Ərəbistanı, İran və husilər Yəməndə çoxlu sayda mülki şəxsin ölümünə səbəb olan hücumlar törətməkdə günahlandırılır.

 




Ana səhifəyə qayıt        Baxış: 5 029          Tarix: 8-07-2022, 13:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma