Xəbər lenti


İranın yarırəsmi “Mehr News” xəbər ajansı işğalçı Ermənistanın tərəfini saxlayan və Azərbaycana qarşı qeyri-obyektiv mövqe sərgiləyən yazı yayınlayıb.

 

Ovqat.com-un məlumatına görə, yazı yenə də Zəngəzur dəhlizinə həsr olunub.

 

“Bakı ilə İrəvan arasındakı münaqişədən 30 il keçir və son vaxtlar bu gərginlik İran və Ermənistan arasında sərhədi müəyyən edən, İslam Cumhuriyyətinin son dərəcə həssas yanaşdığı Zəngəzur bölgəsi üzərində mübahisəyə qədər uzanıb”, - məqalədə qeyd olunur.

 

Agentlik qərəzli şəkildə hazırladığı “İranın üzərində həssas dayandığı sərhəd” adlı infoqrafikaya da yer verib.

 

“Ermənistan-Azərbaycan sərhədində hərbi qarşıdurmadan 30 ilə yaxın vaxt keçir və İranın şimal-qərbindəki gərginlik onun Ermənistanla sərhədində təhlükəsizliyin pozulması ilə nəticələnib. İndi isə bu gərginlik “Zəngəzur dəhlizi” üzərində söz haqqı ilə bağlı fikri ayrılıqlarına qədər uzanıb. 

 

Zəngəzur dəhlizi 38 kilometrlik həmin İran-Ermənistan sərhədidirİranın Ermənistanla olan sərhəd xəttinin kəsilməsi bölgədə ticarət mübadilələrini çətinləşdirəcək. Bu ərazi ilə bağlı qərar qəbul etmək rəsmi İrəvan və Bakının mövzusu deyil

 

Həmin qərar birbaşa İrana təsir edir və o, bununla bağlı öz mövqeyini ortaya qoyub. İranın dini rəhbərinin Putinlə görüşdə bu məsələyə toxunması mövzunun əhəmiyyətindən xəbər verir. Əli Xameneyi vurğulayıb ki, İran sözügedən sərhədin bağlanmasına səbəb olacaq siyasətin izlənilməsinə dözməyəcək

 

İran-Ermənistan sərhədi ölkənin şimal-qərbindəki münaqişə məsələsi ilə bağlı rəsmi Tehranın qırmızı xətti sayılır. İrəvan və Bakı regionda təhlükəsizliyi bərqərar etməklə bu qarşıdurmaya son qoymalıdırlar”, -  yazıda bildirilir.

 




Ana səhifəyə qayıt        Baxış: 6 066          Tarix: 9-08-2022, 14:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma