Xəbər lenti


 

İran parlamentinin Təbriz şəhərindən seçilmiş millət vəkili Ruhullah Mütəfəkkir Azad Azərbaycanda Məhərrəmlik ayı ilə bağlı dini mərasimlərin keçirilməsinə özünəməxsus siyasi münasibət bildirməyə cəhd edib.

 

Ovqat.com-un məlumatına görə, o, öz Tvitter hesabında “Seyyidə Şəhla” haştağı ilə Bakının Binə qəsəbəsində yaşayan və şəxsi evinin divarlarını qırmızı rəngə boyayaraq üzərinə “Ya Hüseyn” yazan Şəhla Fərəcovanı nəzərdə tutaraq qərəzli şəkildə və İranın dindən, başqa ölkələrin daxili işlərinə müdaxilə etmək bəhanəsi üçün alət kimi yürütdüyü siyasətə uyğun olaraq yazıb:

 

“Sovet kommunist sistemi onun boyunduruğu altında olan xalqların dini mahiyyətini yox etmək istədiyi üçün davam gətirə bilmədi”.

 

Deputat öz aləmində rəsmi Bakıya şiə xalqını necə idarə etməyin yollarını da başa salıb. Amma unudub ki, Azərbaycan xalqı təkcə şiələrdən ibarət deyil və ölkəmizin bütövlüyü bütün məzhəb və dinlərə eyni gözlə baxmaqdan keçir.

 

“Şiə xalqını idarə etməyin bir sıra qaydaları var ki, təkcə İmam Hüseyn bayrağına hörmətlə yanaşmağı deyil, həm də sionist cavancığaz kimilərin qarşısını almağı tələb edir”,-deyə iranlı deputat vurğulayıb.

 

 




Ana səhifəyə qayıt        Baxış: 5 374          Tarix: 10-08-2022, 15:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma