Xəbər lenti


İranın lideri Əli Xameneyi "xərçəngdən ölüm yatağındadır" - İran rejimi "dağılmaq" təhlükəsi ilə üz-üzədir. Ekspertlər bu hadisənin Yaxın Şərqdə qanlı Ayətullah diktaturasının çökməsinə və İranda demokratiya hərəkatının genişlənməsinə səbəb ola biləcəyini iddia edirlər. 

 

İrandan xəbərlər gəlir ki, Xameneyi irəliləyən ölümcül xərçəng xəstəliyindən ölmək üzrədir. 

 

Britaniyanın “Express.co.uk” nəşri bu barədə yazır: 

 

“Öncə Xameneyinin ölümü ilə bağlı xəbərlər yayılsa da, sonradan onun ağır xəstə olduğu təsdiqləndi və ölümcül xərçəng xəstəliyinin son mərhələsindən əziyyət çəkdiyi bildirilir. 

 

Son bir neçə ayda bir sıra xəbər mənbələri Ayətullah olmayan və buna görə də texniki cəhətdən atasından rəhbər vəzifəni miras ala bilməyən oğlu Müctəba Xameneyini atasının varisi kimi qələmə verməyə çalışıblar. Ekspertlər xəbərdarlıq edirlər ki, bu addıma çox güman ki, ölkənin dini lideri postu vəd edilmiş prezident İbrahim Rəisi qarşı çıxacaq.

 




Ana səhifəyə qayıt        Baxış: 6 525          Tarix: 14-09-2022, 11:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma