Sentyabrın 20-də axşam saatlarında Putinin növbəti açıqlamasını verəcəyini gözlənilirdi. Daha sonra məlumat yayıldı ki, onun bu çıxışı 21 sentyabra təxirə salınır.
Ovqat.com-un məlumatına görə, bu gün səhər tezdən gələn açıqlamalarda o, həqiqətən gözlənildiyi kimi, çox ciddi tədidlər səsləndirdi.
Putinin açıqlamalarında önə çıxan önəmli başlıqlar:
- Rusiya lideri bəyan etdi ki, ölkədə “qismən səfərbərlik” elan olunub və 300 min nəfər hərbi xidmətə çağırılacaq. Qismi səfərbərliyə ehtiyat hissələri, əvvəllər orduda qulluq edənlər və müəyyən hərbi təcrübə malik olanlar cəlb olunacaqlar.
Putin təkcə Ukrayna ilə deyil, bütün Qərb ölkələri ilə mübarizə apardıqlarını bildirib.
Qərbin Krımı, Belqorodu və Kurskı vurmaq üçün Ukraynaya silah verdiyini deyən Putin bunun bütün qırmızı xətləri keçdiyini bildirib.
Putindən nüvə təhdidi
- Rusiya lideri bəyanatında birbaşa Avropa İttifaqı, ABŞ və Böyük Britaniyanı ittiham edib. Putin bu üç tərəfi “Ukraynanı Rusiya torpaqlarında müharibə aparmağa məcbur etməkdə” günahlandırıb.
O, bəyanatında Qərbi nüvə silahı ilə də hədələyib. Rusiyanın Qərbdən qat-qat daha müasir nüvə silahına malik olduğunu qeyd edən Putin, Rusiya torpaqlarına təhlükə yaranarsa, bütün silahlarından istifadə edəcəklərini və bunun blef olmadığını bildirib.
Qərbin Rusiyanı zəiflətmək və parçalamaq istədiyini deyən Putin Ukraynada yaşayan rusların hazırkı idarəçilikdən əziyyət çəkdiyini iddia edib.
Paylaş: