Xəbər lenti
Dünən, 19:25


«Ukraynaya təhvil verilən HIMARS MLRS və digər döyüş sursatları Ukrayna hərbçilərinə Krımda zərbələr endirməyə imkan verir».


Ovqat.com-un məlumatına görə, ABŞ Müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Laura Kuper bu barədə bildirib.


Kuper deyib ki, ABŞ hakimiyyəti ukraynalıların tanklara ehtiyacı olması ilə razılaşır, lakin hesab edir ki, dərhal çatdırılma baxımından ukraynalıların necə idarə edəcəyini bildiyi sovet  tankları daha məqsədəuyğundur. Pentaqon sözçüsünün fikrincə, Qərb tipli tankların verilməsi Ukraynada texniki təminat baxımından problem yarada bilər.


O, həmçinin bildirib ki, ABŞ administrasiyası hazırda Lend-Lease çərçivəsində Ukraynanı silahla təchiz etməyə ehtiyac görmür.

Kuper onu da vurğulayıb ki, Rusiyanın nüvə arsenalını döyüşə hazırladığına dair heç bir əlamət yoxdur. O,  Rusiyanın Ukrayna sərhədinə dəmir yolu ilə taktiki nüvə silahı daşıya biləcəyi ilə bağlı medianın iddialarını dəstəkləyəcək heç bir dəlilin mövcud olmadığını iddia edib.


Qeyd edək ki, Pentaqon yetkilisi Kiyevin ABŞ-dan «ATACMS» raketləri və tanklar istəməsi ilə bağlı sualları cavablandırarkən belə deyib.


Xatırladaq ki, Kiyev bir müddət əvvəl Vaşinqtondan 300 kilometr mənzilli raketlər istəmiş və bu raketlərlə  vurulacaq hədəflərlə bağlı onu “tam və davamlı” şəkildə məlumatlandıracağına söz vermişdi. ABŞ administrasiyası isə bundan əvvəl dəfələrlə Ukraynanın bu cür silahlardan, o cümlədən ATACMS raketləri və uzaqmənzilli pilotsuz təyyarələrdən  Rusiya ərazisini atəşə tutmaq üçün istifadə edə biləcəyindən və bunun Qərblə münaqişəni dərinləşdirəcəyindən ehtiyatlandırdığını, məhz bu səbəbdən də Kiyevə 300 km. mənzilli silah verməyəcəyini bildirmişdi.






Ana səhifəyə qayıt        Baxış: 5 983          Tarix: 5-10-2022, 08:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma