«Mən rəsmi şəkildə bəyan edirəm ki, biz üçtərəfli bəyanatın 9-cu bəndinə əsasən, yolların tezliklə açılmasına hazırıq. Üstəlik, Ermənistan hökumətinin Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrini təmin etmək üçün üç keçid məntəqəsinin açılması haqqında qərar layihəsi uzun müddətdir ki, rəsmi dövriyyədədir, lakin Azərbaycan prezidentinin özü belə bir qərara qarşı çıxır. Bu da Azərbaycanın kommunikasiyaların açılmasını marşrut xəttinə çəkmək və insanların, malların və nəqliyyatın hərəkətini mümkün qədər təcrid etmək istəyindən irəli gəlir və bu, onların regionda davamlı sülhün bərqərar olması məntiqində maraqlı olmadıqlarından xəbər verir».
Ovqat.com xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan MDB-yə üzv dövlətlərin Başçıları Şurasının toplantısında belə deyib.
Paşinyan eyni zamanda yolların çəkilməsi məsələsində də məntiqsiz bəhanə taparaq öz öhdəlik borcundan yayınmağa çalışır.
«Azərbaycan elə təsəvvür edir ki, yeni yolların tikintisi Ermənistanın öhdəliyidir, lakin üçtərəfli bəyanatda deyilir ki, tərəflər bu məsələdə razılığa gəlməlidirlər. Biz belə bir razılaşmaya hazırıq, üstəlik, biz bunda maraqlıyıq və bu məsələdə Azərbaycandan gözlədiyimiz tək şey konstruktivlikdir», - erməni baş naziri belə deyib.
Paşinyanın sözlərindən belə anlaşılır ki, rəsmi İrəvan komminikasiya xətlərinin açılmasına indi də 2 bəhanə ilə əngəl olmağa çalışır.
1. bəhanə: Yolları Azərbaycan çəkməlidir, ya da «əlini daşın altına qoymalıdır». Halbuki, Azərbaycandan Ermənistan sərhədinə qədər uzanan yolları rəsmi Bakı öz hesabına çəkib və bunun üçün Ermənistandan heç nə ummayıb. Azərbauycanın çəkdiyi yolun uzunluğu 100 km-dən artıqdır. Ermənistan ərazisində isə uzağı 40 km. yol çəkiləcək. Belə çıxır ki, Paşinyan onu da bizim boynumuza qoymaq istəyir.
2. bəhanə: Zəngəzurdan keçən yolların təhlükələrdən təcrid olunması Ermənistanın suverenliyinə ziddir. Bəs, İrəvan həmin yoldan keçən avtomobillərin, insanların təhlükəsizliyinə təminat verirmi? Görünür, bu suala ağlabatan cavab verilmədiyindən Azərbaycan həmin yolların ermənilərdən təcrid edilməsini tələbini irəli sürür.
İlham Əliyevin cavabı
Paşinyanın MDB liderlərinin sammitində həyasızcasına yalan danışmasına qəzəblənən İlham Əliyev bildirib:
"Azərbaycan hələlik səbr nümayiş etdirir. Lakin bu hüdudsuz deyil, Ermənistan üçtərəfli bəyanatın şərtlərini yerinə yetirmədiyi təqdirdə Azərbaycanın müvafiq addımıar atmaqdan başqa çarəsi qalmayacaq".
Paylaş: