Xəbər lenti
Dünən, 19:25


 

NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyəyə səfər edib və ölkənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

 

Ovqat.com-un məlumatına görə, görüşdə Rusiya-Ukrayna müharibəsi, taxıl dəhlizinin aqibəti kimi mövzularla yanaşı, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsi də müzakirə olunub.

 

Görüşdən sonra tərəflər birgə mətbuat konfransı keçiriblər. Mətbuat konfransında danışan Çavuşoğlu İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi ilə bağlı "konkret addımların atılmasını görmək istədiklərini" bildirsə də, Stoltenberq "İsveç və Finlandiya artıq NATO-ya tamhüquqlu üzv kimi daxil olmalıdır", - deyib.

 

İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi ilə bağlı Çavuşoğlu deyib: “Əsas məsələ memorandumda yer alan ünsürlərin həyata keçirilməsidir. Üçlü memorandumda bəzi addımlar atılıb, lakin tam həyata keçirilə bilmir. İki ölkədən terrora qarşı mübarizədə konkret addımlar görmək istəyirik. Silah embarqosunun qaldırılması vacibdir, lakin bu, qalıcı olmalıdır”.

 

Düşünürəm ki, İsveç və Finlandiyanın NATO-ya qoşulmasının vaxtı çatıb”, - deyən NATO-nun baş katibi Stoltenberq isə vurğulayıb ki, Türkiyə NATO-nun mühüm müttəfiqidir və ümumi təhlükəsizliyimizə böyük töhfə verir: “İsveç və Finlandiya terrora qarşı mübarizədə Türkiyə ilə işləməyə hazırdır”.

 

Stoltenberq həmçinin deyib: "Hər iki ölkə öhdəliklərini yerinə yetirir və yerinə yetirəcək. İndi İsveç və Finlandiya NATO-ya tamhüquqlu üzv kimi daxil olmalıdır".

 

Daha sonra Çavuşoğlu İsveç baş nazirinin NATO-ya üzvlük prosesi ilə bağlı gələn həftə Türkiyəyə gələcəyini açıqlayıb.





Ana səhifəyə qayıt        Baxış: 5 290          Tarix: 4-11-2022, 07:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma