Xəbər lenti


 

Ermənistan və Rusiya qoşunlarının birgə qruplaşmasının komandanı, general-leytenant Tiqran Pırvanyan vəzifəsindən azad edilib.

 

Ovqat.com-un məlumatına görə, xəbəri Ermənistan Prezidentinin Mətbuat Xidməti yayıb.

 

Bildirilir ki, Tiqran Pırvanyanın işdən çıxarılması təklifi baş nazir Nikol Paşinyandan gəlib. Müvafiq sərəncamı prezident Vaaqn Xaçaturyan imzalayıb.

 

Qeyd edək ki, Pırvanyan bu vəzifəyə 2018-ci il fevralın 16-da üçüncü prezident Serj Sarkisyanın fərmanı ilə təyin edilib. Təyin olunana qədər o, birinci ordu hissəsinin komandiri vəzifəsində çalışıb.

 

2016-cı il noyabrın 30-da Ermənistan və Rusiya arasında imzalanmış Rusiya-Ermənistan sazişinə əsasən, birləşmiş qrupun əsas vəzifələri Ermənistan və Rusiya Federasiyasına qarşı silahlı hücumun (təcavüzün) dərhal hazırlanması; müəyyən edilmiş məsuliyyət həddində hər iki dövlətin dövlət sərhədinin quru hissəsinin əhatə olunması; Rusiya Federasiyası və Ermənistanın dövlət sərhədinin aerokosmik sahədə mühafizəsində iştirak, o cümlədən regionda yerləşən hər iki ölkənin qoşunlarının və mühüm obyektlərinin hava hücumundan müdafiəsinə qatılmaqdır.

 




Ana səhifəyə qayıt        Baxış: 6 017          Tarix: 15-03-2023, 09:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma