Macarıstanın Dövlət Assambleyası (parlamenti) Finlandiyanın NATO-ya üzvlük təklifini ratifikasiya edib.
Ovqat.com-un məlumatına görə, Finlandiyanın Şimali Atlantika Alyansına üzv olmaq təklifini 117 parlamentar dəstəkləyib, 40 deputat isə əleyhinə səs verib.Ümumilikdə Dövlət Assambleyasının iclasında 199 deputat iştirak edir.
Finlandiyanın ittifaqa qoşulma prosesini tamamlaması üçün Türkiyənin təsdiqini gözləməsi lazımdır. Türkiyə Böyük Millət Məclisinin Beynəlxalq məsələlər üzrə komissiyası artıq müvafiq protokola müsbət cavab verib. Amma təklif hələ bütün parlament üzvlərinin müzakirəsinə çıxarılmayıb. Türkiyənin də bu qərarı ratifikasiya edəcəyinə şübhə yoxdur. Zira Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 17-də bildirmişdu ki, Ankara Helsinkinin ərizəsini ratifikasiya etməyə hazırdır.
Qısası, Finlandiyanın yaxın aylarda NATO üzvü olması yəqinləşəcək.
Paylaş: