Xəbər lenti


 

Moldovanın baş naziri Dorin Reçan keçirdiyi dəyirmi masada çıxış edərək ölkə sakinlərində “milli özünə inam problemi”nin olduğunu bildirib və moldovanları əlil millət adlandırıb.

 

Ovqat.com-un məlumatına görə, Reçan çıxışı zamanı Avropaya inteqrasiya mövzularına və Ukraynadakı vəziyyətə toxunaraq, səfər etdiyi kənd və rayonlarda sadə vətəndaşların xarici siyasət anlayışı ilə hakimiyyətin fərqli mövqedə olduğuna təəccübləndiyini bildirib. 

 

O deyib ki, Tarakliyə (Moldovanın cənubunda, etnik bolqarların kompakt yaşadığı şəhər və rayon) səfərində yerli sakinlərdən biri ilə Ukraynada baş verən hadisələrlə bağlı söhbətləşib.  Vətəndaşın mövqeyindən anlayıb ki, “ölkədə çox böyük problemlər” var və ən böyük problem “milli özünəinam məsələsidir”.

 

Baş nazir “milli özünəinamsızlıq” sindromunu vətəndaşların yetərincə maarifləndirilməsi ilə əlaqələndirib. "Biz kiçik bir millət olaraq həmişə əlil toplum kimi davranmışıq" deyən Reçanın sözlərinə görə, bu tutum bütün respublika sakinlərinin öz ölkələri haqqında düşüncələrinə, mövqelərinə təsir göstərib.

 

Reçan hakimiyyəti əhali ilə işləməyə, onlara Avropaya inteqrasiyanın “üstünlüklərini” çatdırmağa çağırıb.

 

Baş nazirin fikrincə, Moldovada xüsusilə siyasi sinif maarifləndirikməli, yürüdülən siyasətin mahiyyəti onlara izah olunmalı, toplum məsuliyyət daşımağa alışdırmalı və təşviq edilməli, qorxularına qalib gəlməyi öyrənməlidir.




Ana səhifəyə qayıt        Baxış: 4 359          Tarix: 15-04-2023, 18:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma