Xəbər lenti

 

 

ABŞ dövlət katibi Entoni Blinken Qarabağdakı ermənilərə daha çox yardım göstərmək üçün addımların atılacağına dair bizə təminat verib.

 

Ovqat.com-un məlumatına görə, bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendes “erməni soyqırımı”nın ildönümü ilə bağlı Konqresində təşkil olunan tədbirdə deyib.

 

O, Qarabağ ermənilərinin humanitar böhran və etnik təmizləmə təhlükəsi ilə üzləşdiyini, Bakının başlatdığı 44 günlük müharibə nəticəsində 100 minə yaxın erməninin Qarabağdan didərgin düşdüyünü qeyd edib.

 

Menendes ABŞ-ın reaksiyasını qəbuledilməz adlandırıb, Ermənistan və Qarabağa ciddi humanitar yardım göndərməkdə israr edib. O, ABŞ hökumətini Azərbaycana hərbi yardımı dayandırmağa çağırıb. Senatorun fikrincə, bu, ABŞ-ın milli təhlükəsizlik maraqlarına zərər vurmaqla yanaşı, Vaşinqtonun “erməni soyqırımı” qurbanlarının və sağ qalanların xatirəsini yad etmək və onun təkrarlanmasının qarşısını almaq öhdəliyinə ziddir.

 

Senatorun fikrincə, nəinki Türkiyənin “erməni soyqırımı” ilə bağlı həqiqətləri gizlətməyə çalışması, həm də Azərbaycanın Qarabağ ermənilərini qeyri-qanuni blokadada saxlamasına görə hələ çox iş görülməlidir.

 

 




Ana səhifəyə qayıt        Baxış: 6 136          Tarix: 20-04-2023, 20:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma