Xəbər lenti


Bu gün Çinin Sian şəhərində Mərkəzi Asiya ölkələri və Çinin xarici işlər nazirlərinin dördüncü görüşü keçirilib.

 

Ovqat.com-un məlumatına görə, görüşdə Çin Dövlət Şurasının üzvü-Xarici İşlər naziri Qin Qanq, Qazaxıstan Baş nazirinin müavini-Xarici İşlər naziri Murat Nurtleu, Qırğızıstanın Xarici İşlər naziri Jeenbek Kulubayev, Tacikistanın Xarici İşlər naziri Sirojiddin Muhriddin, Özbəkistanın Xarici İşlər naziri Bəxtiyor Saidov və Türkmənistanın Xarici İşlər nazirinin birinci müavini Vepa Hacıyev iştirak edib.

 

Görüşdə nazirlər 2023-cü ilin mayında Sian şəhərində keçirilməsi planlaşdırılan “Mərkəzi Asiya – Çin” Dövlət Başçılarının Birinci Sammitinə hazırlıq məsələlərini müzakirə ediblər. 

 

Görüş zamanı sərhəd ticarəti, elektron ticarət, birgə investisiya layihələrinin həyata keçirilməsi, o cümlədən kənd təsərrüfatı, emal sənayesi, tekstil və tikiş sənayesi, energetika və bankçılıq sahələrində əməkdaşlıq məsələləri ilə bağlı danışıqlar aparılıb.

 

Eyni zamanda tərəflər regional və qlobal gündəlikdəki mühüm məsələlər, o cümlədən ŞƏT çərçivəsində əməkdaşlıq və “Bir kəmər, bir yol” təşəbbüsünün birgə tikintisi ilə bağlı fikir mübadiləsi aparıblar.

 




Ana səhifəyə qayıt        Baxış: 5 845          Tarix: 27-04-2023, 11:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma