Xəbər lenti


 

Ukrayna gələn həftə Rusiyanı təcavüz aktına görə hərbi tribunala verməyə hazırlaşır.

 

Ovqat.com-un məlumatına görə, Ukrayna prezidenti V. Zelenski bu barədə açıqlama verib. 

 

O bildirib ki, Rusiya barəsinsə hərbi tribunal qurulması üçün rəsmi Kiyev öz tərəfdaşlarını da bu işə cəlb edəcək.

 

“Gələn həftə ukraynalılar üçün ədalət uğrunda mübarizəmiz, yəni terror dövləti və onun bütün hərbi cinayətkarlarının cəzalandırılması baxımından olduqca əhəmiyyətli olacaq. Biz tərəfdaşları daha çox konsolidasiya etmək və Rusiyanın təcavüzü cinayətləri üzrə tribunal yaratmaq üçün daha çox enerji sərf etmək məqsədilə bir neçə mühüm, güclü addımlar hazırlayırıq”, Zelenski şənbə günü videomüraciətində bildirib.

 

“Rusiyanın zəif olması Ukrayna və dünya üçün kifayət deyil, çünki bu, artıq baş verir. Onun etdiyi hər şeyə görə tam məsuliyyət daşıması lazımdır”, - Zelenski vurğulayıb.

 

Onun sözlərinə görə, “öz təchizatları ilə Rusiyaya bu təcavüzü uzatmağa kömək edən xarici qurumlara münasibətdə terrorçu hərbi-sənaye kompleksi üçün işləyən fiziki şəxslər və şirkətlərə qarşı da yeni sanksiya qərarları hazırlanır”.

 




Ana səhifəyə qayıt        Baxış: 4 533          Tarix: 30-04-2023, 10:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma