Xəbər lenti


 

Məlum olduğu kimi ABŞ-ın dövlət katibi Antoni Blinken dünən axşam Prezident İlham Əliyevlə telefon danışığı aparıb.

 

Ovqat.com-un məlumatına görə, Blinken bu gün paylaşdığı Tvitter mesajında İlham Əliyevlə danışıqlarının qısa məzmunu barədə açıqlama verib.

 

“Bu gün mən Azərbaycan prezidenti Əliyevlə Ermənistanla sülhün təmin edilməsinə yönəlmiş davamlı səyləri dəstəklədiyimi və buna kömək etməyə hazır olduğumuzu bildirmək üçün danışdım. Mən ABŞ-ın mövqeyini təkrarladım ki, Laçın dəhlizi insanların hərəkətinə və ticarətə açıq olmalıdır”, - Blinken bildirib.




Ana səhifəyə qayıt        Baxış: 6 169          Tarix: 1-05-2023, 15:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma